Parlament seçkiləri nə zaman keçiriləcək ? - AÇIQLAMA

  Parlament seçkiləri nə zaman keçiriləcək ? -    AÇIQLAMA
  10 May 2024    Oxunub:769
Parlament seçkilərinin keçirilmə zamanı ilə bağlı son qərar yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

"Yeni Azərbaycan Partiyası bütün seçkilərdə yalnız seçki ərəfəsində yox, seçkilər arası müddətdə də prosesə hazırlıq aparır. Hazırda Parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçiririk", - deyə o bildirib.

Qeyd edək ki, ölkəmizdə parlament seçkiləri 5 ildən bir, noyabr ayının ilk bazar günündə keçirilir. Bu ardıcıllığa müvafiq olaraq, altıncı çağırış Milli Məclisə seçkilər 2020-ci il noyabrın 1-də keçirilməli idi. Lakin müasir çağırışları nəzərə alınaraq 2019-cu il dekabrın 5-də Milli Məclis buraxıldı və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edildi. Növbəti parlament seçkilərinin 2024-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti