Ermənilərin Azərbaycana uzanan gizli əli: PİN-çilər (DOSYE)

  09 Aprel 2016    Oxunub : 36828
Ermənilərin Azərbaycana uzanan gizli əli: PİN-çilər (DOSYE)
Sahib Məmmədov
Xüsusi olaraq AzVision.az üçün

PİN nədir?

1988-ci ildə Ermənistanın Spitak rayonunda dəhşətli zəlzələ olanda Çexiyada (O zaman ölkənin adı başqa idi) bir qrup tələbə təşəbbüs göstərərək, möhtac olan insanlara yardım aksiyası keçirdilər. Əlbəttə, tələbələrin bu təşəbbüsü alqışa layiq idi. Çətin şəraitə düşən, fəlakətə düçar olan insanlara yardım etmək müqəddəs işdir.

Sonradan bu təşəbbüs əsasında adı “möhtac insanlar” (ehtiyac içində olan insanlar) kimi məna verən People in Need (PİN) adlı humanitar təşkilat yaradıldı.

Lakin tezliklə bu təşkilat iç üzünü ortaya qoydu. 1992-ci ildə beynəlxlaq hümanitar hüququn prinsiplərini kobud surətdə pozaraq, Xankəndində düyüş əməliyyatlarında yaralanan erməni döyüşçülərini müalicə etmək üçün qospital yaratdı. Beynəlxalq humanitar hüququn prinsiplərinə görə döyüşlər zamanı yaralananlara, əsir düşənlərə münasibətdə humanitar yardım göstərən tərəf neytiral və qərəzsiz olmalıdır. Onlar üçün işğalçı və müdafiə olunan anlayışı olmamalıdır. Döyüşlərdə bədbəxtliyə düçar olan (yaralanan, əsir düşən və s.) şəxslərə eyni münasibət göstərilməlidir. Beynəlxalq humanitar hüququn banisi Henri Dünant hesab edirdi ki, döyüşlərdə bədbəxtliyə düçar olanlar hamısı qardaşdır. Onlara fərq qoymadan yardım edilməlidir.

Lakin PİN-in “humanizmi” ancaq ermənilərə münasibətdə özünü göstərirdi. Əslində yardım hər iki tərəfə göstərilməli idi. O vaxt yaralanaraq əsir düşən Azərbaycanlıları (hərbiçi və ya mülki şəxsləri) PİN öz qospitalına qətiyyən qəbul etmirdi.

Lakin sonradan bu bədnam “humanitar” təşkilatın adı daha dəhşətli məslələrdə hallandı. Girov götürülən Azərbaycanlı əsir uşaqların orqanlarının çıxarılması və satılmasında, ermənilərlə birgə otqan transplantasiyası alverini quran bir qurum sonradan tarixinin bu şərəfsiz hissəsini gizlətməyə nail oldu. Təssüf ki, bizm hüquq-mühafizə orqanları da bu işin ardınca getmədi.

Sonradan həmin qospital vasitəsi ilə bu təşkilat Azərbaycanlı əsir və girovların, xüsusən də uşaqların orqanlarının ticarətini təşkil etmişdir.

Bu təşkilat Azərbaycan xalqına qarşı törədilən insanlıq əleyhinə cinayətlərin iştirakçısıdır.

Belə təşkilatın Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahat olması sadəcə sinizimdir.

PİN tərəfindən beynəlxlaq hümanitar hüququn prinsiplərinin ciddi şəkildə pozulmasının digər bir nümunəsi, onların hüquq-müdafiə təşkilatı kimi çıxış etməsidir. Kim bir nümunə göstərə bilər ki, Beynəlxalq Qırmızı Xaç, OXFAM və s. humanitar təşkilatlar siyasi məhbus məslələri ilə bağlı kampaniyalar təşkil etsin? Bəyanatlar versin, ölkələrdə insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlasın.

PİN-də əslində bu işlə ancaq Azərbaycana münasibətdə fəaldır. Bu təşkilatın antiazərbaycan kampaniyaları sistematik və davamlıdır. Amma onlar heç zaman region ökələri olan Gürcüstan və Ermənistanla bağlı heç bir kampaniya aparmır. Ermənistanda insan hüquqları pozulmur? Heç olmsa yüngülvari bir tənqidini görmüsüz bu təşkilatın Ermənistanla bağlı?

Ermənilərlə siz əlaqədə fəaliyyət göstərən PİN müxtəlif layihələr və proqramlar vasitəsi ilə antiazərbaycan şəbəkəsi qurmağa nail olmuşdur. Bu təşkilat insan hüquqlarının müdafiəsi, adı altında müxtəlif kampaniyalar təşkil edir, informasiya vasitələrinin yaradır, müxtəlif beynəlxaq tədbirlərdə antiazərbaycan aksiyaları (piketlər, mitinqlər, sərgilər və s.) təşkil edir.

“Bizim” PİN-çilər

PİN öz şəbəkəsinə xeyli azərbaycanlı da cəlb edə bilib. Bu şəxslərin bir qismi elə bu PİN vasitəsi ilə, saxta sənədlər əsasında Avropada siyasi sığınacaq almışdır. Digər qism isə ölkədə hüquqmüdafiəçisi və ya jurnalist adı altında fəliyyət göstərir. PİN öz kampaniyalarında bu “resurslardan” səmərəli istifadə edir.

Məsələn, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi qəbul edərkən Prezidentin AŞPA-dakı çıxışı zamanı “ağıztikmə aksiyası”. Bizim Prezidentdən əvvəl orada Sərkisyan da çıxış etmişdi. Sərkisyanı öz ölkəsində və ondan kənarda sevməyən, ona müxalif olan xeyli erməni olmasına baxmayaraq, onun çıxışı zamanı belə aksiya təşkil edilməmişdi.

Bəlkə də bu “aksiyanı” da demokratiyanın ayağına yazmaq olardı. Amma niyə “bizmkilər” bunu öz iradələri ilə deyil, erməni sifarişi ilə edirdi?

Avroviziya mahnı müsabiqəsi və Avropa oyunları ərəfəsində başlanmış total anatiazərbaycan kampaniyası zamanı bu şəbəkə xüsusi fəallığı ilə seçilib. Müxtəlif adlar altında təşkil olunan kampaniyalar hamıya bəllidir.

Başqa bir kampaniya. Bakının “Sovetski” adlanan ərazisində söküntü işləri həyata keçirilir. Təbii ki, burada pozuntular da ola bilər, hansısa abidə kimi əhəmiyyət daşıyan binanın qorunmaması ehtimalı da ola bilər. Vətəndaşlar buna etiraz edə bilərlər. Mülkiyyət hüquqlarını müdafiə etmək üçün addımlar atıla bilər. Amma bu yaxınlarda əvvəl erməni KİV-lərində, sonra Avropada və Azərbaycanda məlum şəbəkə kampaniyalara start verdi.

Məqsəd doğrudan da bizim abidələri müdafiə etmək idi? Qətiyyən. Azərbaycan dəfələrələ beynəlxalq təşkilatlar qarşısında ermənilər tərəfindən Ermənistanda və işğal altında olan ərazilərdə tarixi, mədəni, hətta təbiət abidələrinin dağıdılması barədə məsələlər qaldırıb. Hər dəfə Azərbaycan bu istiqamətdə fəallaşanda Ermənistan əks tədbirlər görür. Bu zaman da belə oldu. Şəbəkə işə düşdü. Ermənilərin təbliğat maşınının məqsədi bəlli idi. Dünyaya göstərmək ki, Azərbaycanlılar nəinki özgə mədəniyyətlərə və abidələrə, hətta öz mədəniyyətinə və abidələrinə sayğı göstərmir.

Bu çirkli kampaniyaya qoşulanlardan gözlənti çox olmasa da, fikirləşmək olardı ki, Ermənistanın işğal siyasətinə dəstək kampaniyalarında bu “bizmkilər” iştirak etməz. Son hadisələr bu ümidləri də puç elədi. İnformasiya müharibəsidə Erməni tərəfi buradakı və Avropadakı “partizanlarını” döyüşə atdı. Etiraf edək ki, “bizmkilərin” bu döyüşdə iştirakı xeyrimizə deyil. Dezinformasiya “özümüzünkülərin” əli ilə yayılır və daha inandırıcı çıxır. Misal, PİN-çi şəbəkə yazır ki, “iki qotur təpə alınıb, əvəzində bu qədər əsgər həyatını itirib” və s.

Bunlar qərəzli deyilsə və erməni sifarişi yerinə yetirmirsə onda cavab versinlər. Erməni hücuma keçibsə nə etmək lazım idi? Başqa variant var idimi? Bəlkə qaçmaq lazım idi? Əlbəttə hətta bir nəfər şəhid varsa, o da çoxdur. Amma nə təklif edirsiz? Erməni hücüma keçib və uduzub. Lap olsun sizlərin dediyi kimi iki təpə. Bu da uduzmaqdır. Bircə gün döyşdə olan hər kəs yaxşı bilir strateji yüksəklik nə deməkdir. Bəzən belə bir yüksəkliyi ələ keçirmək bütöv bir rayonu azad etməkdən daha əhəmiyyətli ola bilər. İndi ermənilər Azərbaycadakı və azərbaycanlılardan ibarət şəbəkəsi vasitəsi ilə informasiya müharibəsində belə yolla üstünlüyü ələ almaq istəyir. Döyüşdə uduzub informasiya müharibəsində əvəzini çıxmaq istəyir. Onların ən yaxın köməkçiləri isə erməniyə mühtəzir olanlardır. Təssüf.

Nə etmək olar?

Fakt odur ki, ermənilər xeyli həmvətənimizi öz məqsədlərinə xidmət etməyə yönəldiblər. Avropada yaratdıqları müxtəlif təşkilatlar “bizmkiləri” təsir agenti kimi cəlb edib və bütün antiazərbaycan təşviqatını bu insanların iştirakı ilə təşkil edir. Bu barədə düşünmək lazımdır. Həm də çox ciddi. Amma o şəbəkə üzvülərinə toxunmaq lazım deyil. Başqa yollar tapmaq lazımdır. Həm də nəzərə almalıyıq ki, bu şəbəkə antiazərbaycan qüvvələrinin şəbəkələrindən yalnız biridir.

Onu da bilmək lazımdır ki, şəbəkənin üzdə olan nümayəndələri ilə yanaşı, kölgədə qalanları da var. İlana zəhər verən (informasiya laborotoriyası rolunu oynayanlar) qüvvələr daha təhlükəlidir. Onlar bəzən hökumətə münasibətdə loyal mövqe nümayış etdirirlər. Ən təhlükəli də elə onlardır.

Teqlər: