Kamal Kılıçdaroğlu Ərdoğana: “Baş nazir olduğunu göstər”

  01 İyun 2013    Oxunub : 580
Kamal Kılıçdaroğlu Ərdoğana: “Baş nazir olduğunu göstər”
“Bu andan etibarən Baş nazir olduğunu göstər, polisi geri çək, məhkəmənin qərarına tabe olduğunu ictimaiyyətə açıqla”
Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Taksim meydanında Gezi parkında baş verən hadisələrlə bağlı Türkiyənin baş naziri Rəcəp Tayyin Ərdoğana səslənib. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, partiya sədri baş naziri məsuliyyətli olmağa çağırıb.

Taksimdəki olaylara diqqət çəkən K. Kılıçdaroğlu: “Xalq öz şəhərinə yəni İstanbula sahib çıxır. Bunun üçün müqavimət göstərirlər. Təbiəti və şəhərini qorumaq istəyirlər. Bu andan etibarən yaşanan hər hadisənin məsul şəxsi baş nazirdir. Heyf ki, baş nazir hələ məsuliyyətinin fərqində deyil. Artıq İstanbulda vali deyə bir şəxs yoxdur. Türkiyə idarəçiliyinə boşluq var. Bu boşluq İstanbulda bütün açıqlığı ilə göz önündədir. Bu andan etibarən Baş nazir olduğunu göstər, polisi geri çək, məhkəmənin qərarına tabe olduğunu ictimaiyyətə açıqla. Bu sizin vəzifənizdir. Ana Müxalifət Partiyasının sədri olaraq vəzifənizi sizə xatırladır və vaxt keçmədən həyata keçirilməsi üçün sizə səslənirəm”

Qeyd edək ki, İstanbulda artıq dörd gündür polis və Taksim parkında nəhəng ticarət mərkəzinin ucaldılmasına qarşı keçirilən aksiya iştirakçıları arasında qarşıdurma davam edir.

Aksiyanı dağıtmaq üçün polis su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları traktorları dayandırmaq məqsədi ilə alışdırıcı maye ilə doldurulmuş şüşə qabları, daş və başqa əşyalardan istifadə edib. Tikinti texnikası sultan Səlim dövründən qalan qədim tikililəri uçurmaq məqsədi ilə gətirilib.

Sevinc İltifatqızı

Teqlər: