Merkel: Fransada böhran qaçılmazdır
Belə bəyanatla Almaniya kansleri Angela Merkel çıxış edib. Fransa prezidenti Fransua Olandla görüşündən sonra jurnalistlərin suallarını cavablandıran Merkel qeyd edib ki, Avropa Komissiyası rəsmi Parisə iki il möhlət verib:
"Bu zaman kəsiyində Fransa təcili tədbirlər həyata keçirməlidir. İqtisadiyyatın yenidən möhkəm dayaqlar üzərində dayanması üçün rəsmi Paris islahatlar tətbiq etməlidir. Bunun üçün də sərt tədbirlər vacibdir".
Səbinə Həsənova
AzVision.az