Azərbaycan terrorla savaşan ölkələrin siyahısında

Azərbaycan terrorla savaşan ölkələrin siyahısında
  31 May 2013    Oxunub:1119
Azərbaycan terror təşkilatları ilə fəal mübarizə aparır.

AzVision.az-ın məlumatına görə, ABŞ Dövlət Departamentinin 2012-ci il üzrə terrorçuluqla mübarizəni dəstəkləyən ölkələrin siyahısında Azərbaycan da yer alıb.

Hesabatda bildirilib ki, Azərbaycan terrorizmlə mübarizədə öz səylərini möhkəmləndirməkdə davam edib və terror vasitəçilərinin aradan qaldırlmasında və onların fəaliyyətinə mane olmaqda müvəffəqiyyət qazanıb.

Həmçinin, o da göstərilib ki, may ayında Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanın xüsusi xidməti orqanları terror aktı planlaşdıran 40 nəfəri həbs edib. Terrorçuların əsas hədəfləri turistlərin və müsabiqə iştirakçılarının qaldıqları otellər və müsabiqənin keçirildiyi məkan olub.
Mart ayında Azərbaycanın xüsusi xidməti orqanları Qərb səfirliklərinə qarşı terror aktı törətməkdə ittiham olunan 22 nəfəri saxlayıb.

Azərbaycanın terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi də hesabatda xüsusi vurğulanıb.

Leyla


Teqlər:  





Xəbər lenti