Putin xəyanətdən qorxur

Putin xəyanətdən qorxur
  30 May 2013    Oxunub:1502
Rusiya Federasiyasının prezidenti barədə 2000-ci ildə çap olunan “Birinci şəxsdən. Vladimir Putin ilə danışıqlar” kitabının müəllifi jurnalist Nataliya Qevorkyan dövlət başçısının qorxularından danışıb.
«The Washington Post» qəzetinə müsahibəsində o bildirib ki, Putin ən çox xəyanətdən qorxur. Jurnalistin fikrinə görə, bu, onun həyatda önəm verdiyi əsas mövzulardan biridir.

O hesab edir ki, Dövlət Təhlükəsizlik Komitəsinin zabitinin hamıdan şübhələnməsi təbiidir. Putin 20 il əvvəl xüsusi xidmət orqanını tərk edib, amma onun insan təbiəti barədə baxışları dəyişməyib. Qevorkyan qeyd edib ki, “Şübhələnmək atmosferi Kremldəki münasibtlərə daha çox təsir göstərir”.

“O, insanlara və xalqa etibar edə bilmir”,- deyə Qevorkyan əlavə edib.

“Bu qorxunun qaynağı təkcə Dövlət Təhlükəsizlik Komitəsindəki təcrübə deyil, həm də Putinin doğma Sankt-Peterburq şəhərinin tarixidir. Putinin valideynləri Leninqradda 900 gün mühasirədə qalıb, onun böyük qardaşı isə orada həlak olub. “1952-ci ildə Putin doğulan zaman yaşlı valideynlərinin onunla bağlı bütün ümidləri ölmüşdü”,- müəllif yazır.

O qeyd edir ki, Leninqradın mühasirəsi illərində 900 min insan ölüb, onların bir çoxu aclıqdan həlak olub. Bəzi şəhər sakinləri isə sağ qalmaq üçün xəyanətə əl atıblar. Özü də mühasirədə olmuş tarixçi Dmitri Lixaçov həmin illərdə hannibalizm hallarını və valideynlərin uşaqlarından imtinasını təsvir edib. Şəhər sakinlərinin bu psixoloji travması Putinin də həyatında iz qoyub.

“Həyatımda yalnız bir neçə əsl dostum var. Nə onlar mənə, nə də mən onlara heç vaxt xəyanət etməmişik”,- deyə Putin özü danışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti