Meksikada qasırğa ölümə səbəb oldu

Meksikada qasırğa ölümə səbəb oldu
  30 May 2013    Oxunub:1015
Meksika güclü Barbara qasırğasının əsirinə çevrilib.
Ölkənin cənub sahillərini yerlə yeksan edən qasırğa nəticəsində azı 2 nəfər ölüb.Xeyli sayda insanın aqibəti naməlum olaraq qalıb.Odur ki insan tələfatının artacağı istisna edilmir.

Minlərlə insan işıqsıq qalıb. Ağacların yollara aşması nəticəsində nəqliyyatın da hərəkətində ciddi problemlər yaranıb.

Qasırğa ilə yanaşı, şiddətli küləyin gətirdiyi leysan daşqınlara səbəb olub. Nəticədə evlər və yollar su altında qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti