Avropa Suriyaya silah, Tehran isə pul göndərəcək

Avropa Suriyaya silah, Tehran isə pul göndərəcək
  28 May 2013    Oxunub:3108
Suriyada vəziyyət bundan sonra daha da dəhşətli hal ala bilər.
Avropa İttifaqının Suriyaya silah satışına qadağa qoyan sakinin müddəti mayın 31-dən qüvvədən düşür. Embarqonun müddətinin artırılması üçün müzakirələr aparan avropalı xarici işlər nazirləri ortaq məxrəc tapa bilməyib. Bu isə, o deməkdir ki, hər fürsətdə Suriyalı üsyançıları silahlandırmaq istədiklərini deyən Fransa və Böyük Britaniyanın qarşısındakı bütün maneələr aradan qalxır.

Digər tərəfdən, amerikalı tanınmış siyasətçi, senator Con Makkeyn, Suriya ərazisinə gizli səfər edib. Üsyançılarla bir araya gələn Makkeynin apardığı müzakiələrin təfərrüatı açıqlanmır.

Bu arada, Avropa İttifaqının embarqonu qaldırmasına ilk etiraz İrandan gəlib. Bu ölkənin xarici işlər nazirliyi Suriyada gərginliyin daha da artacağını bəyan edib. Digər tərəfdən, İranın Suriya mərkəzi bankına 4 milyard dollar kredit ayırdığı məlum olub.


Teqlər:





Xəbər lenti