Almaniyada 28 may qeyd olunub

Almaniyada 28 may qeyd olunub
  28 May 2013    Oxunub:1247
Azərbaycan Tələbə Şəbəkəsi (ASN) Almaniyanın Mannheim şəhərində Azərbaycan Demokratik Respublikasının yaranmasının 95-ci il dönümünə həsr edilmiş tədbir keçirib.
ASAN-dən AzVision.az-a verilən məlumata görə, tədbirə elmi və ictimai xadim, tələbələr ilə yanaşı, Almaniyanın Sosial-Demokrat partiyasından (SPD) nümayəndələ, yerli iş adamları və təşkilat rəhbərləri qatılıblar. Almaniyanın Sosial Demokrat Partiyasının Mannheim bölgəsi üzrə sədr müavini xanım Marianne Bade çıxış edərək Azərbaycan xalqını bayram günü münasibəti ilə təbrik edib. O, bugünə qədər AXC-nin mütərrəqi addım ataraq qadınlara səs hüququ verilməsi, çoxpartiyalı siyasi sistemin və demokratik idarə üsulunu tətbiq olunması sahəsində gördüyü işlərdən xəbərsiz olduğunu bildirib. Və deyib ki, tədbir Alman içtimaiyyəti üçün məlumatlandırıcı xarakter daşıyır.

Tədbirdə Almaniyanin Sosial Demokrat partiyasının iki türk əsilli üzvləri də iştirak edib. Mannheim məşvərət şurasının üzvü və tanınmış iş adamı Əli Müller, Nekarau Mannheim bölgəsinin idarə heyatinin sədri Məhmət Əli Şən və həmçinin Avropa və Türkiyədə tanınmış iş adamı, BAKTAT Şirkətlər Qrupunun idarə heyətinin sədri Mustafa Baklan da tədbirə qatılıblar.

Tədbir daha sonra Sona Cəfərovanın (piano) və Sebastyan Netto (zərb aləti) “Duo Sonetta” qrupunun Caz-Muğam stilində olan musiqi ifası ilə davam edib.








Teqlər:  





Xəbər lenti