Suriya Elektron Ordusunun növbəti hücumu

Suriya Elektron Ordusunun növbəti hücumu
  27 May 2013    Oxunub:988
Bir sıra böyük dövlətlərin maraqlarının toqquşduğu Suriya münaqişəsi növbəti dəfə internet müstəvisinə keçib.
Özlərini Suriya Elektron Ordusu adlandıran hakerlər bu dəfə Böyük Britaniyanın "SKY" telekanalının internet səhifəsinə hücum edib. Kanalın Android versiyasını dağıdan kələkbazlar səhifəyə öz loqotiplərini yerləşdirib və altından "Burada Suriya Elektron Ordusu olub" sözlərini yazıb.

Məlumatı telekanal rəhbərliyi də təsdiqləyib. Bildirilib ki, hazırda saytın təhlükəsizliyinin gücləndirilməsi istiqamətində işlər görülür. Bununla belə, hakerlərin istifadəçilərə hər hansı zərər verib-verməməsi barədə məlumat verilmir.

Xatırladaq ki, suriyalı hakerlər bir müddət əvvəl BBC, "Guardian" və "Financial Times" kimi nəhəng media şirkətlərinin də saytlarına hücum edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti