Ukrayna əhalisinin sayı 7 milyon azalıb

Ukrayna əhalisinin sayı 7 milyon azalıb
  25 May 2013    Oxunub:3265
Ukraynada əhalinin sayı son 20 ildə 52 milyondan 45 milyona düşüb
Ukraynada əhalinin sayını artırmaq məqsədilə həvəsləndirici tədbirlər həyata keçirilir. Belə ki, bu ölkədə əhalinin sayı son 20 ildə 52 milyondan 45 milyona düşüb. BMT-nin təxminlərinə görə, 2050-ci ildə bu rəqəm 30 milyondan aşağı olacaq.

Bu gedişatı dəyişmək üçün Ukrayna rəhbərliyi əhali sayının artması üçün xüsusi siyasət həyata keçirib. Belə ki, ailələrə bir uşaq üçün 4 min, ikisi üçün 7 min, üç və daha çox uşaq üçün isə 14 min dollar maddi yardım ayırmaq qərara alınıb.

Dövlət 5 və daha artıq uşaqları olan ailələrə ev də hədiyyə edir. 3, 5 və daha çox övladı olan ailələr su, elektrik, qaz və telefondan istifadə üçün xərclərin 50 %-i ödəyəcək. 5 uşaq dünyaya gətirən analara isə 1500 dollar hədiyyədən başqa “milli qəhrəman” adı da verilir.


Teqlər:  





Xəbər lenti