Türkiyə Suriya sərhədində divar tikəcək

Türkiyə Suriya sərhədində divar tikəcək
  24 May 2013    Oxunub:1418
Türkiyə hökuməti Suriya ilə sərhəddə divar tikilməsi barədə qərar qəbul edib. Divarın tikilməsində məqsəd ölkəyə qanunsuz keçənlərin qarşısını almaqdır.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, Türkiyənin gömrük və ticarət naziri Həyati Yazıcı bildirib ki, 2500 metr uzunluğa malik divarda kameralar və tikanlı məftillər yerləşdiriləcək. Nazirin sözlərinə görə, bu cür maneə ilə Suriya tərəfdən ölkəyə qanunsuz keçənlərin sayı azalacaq.

Divar Reyhanlı şəhərindən 10 kilometr məsafədə yerləşən Hatay əyalətində tikiləcək. Qeyd edək ki, mayın 11-də baş verən partlayış nəticəsində 50-dən çox insan zərər çəkmişdi. Türkiyə bu hadisəni terror aktı kimi qiymətləndirib və Suriyanı bu hadisədə məsuliyyətli bilib.

Yazıcı həmçinin vurğulayıb ki, Suriya ilə sərhəddə digər nəzarət-buraxılış məntəqələri bərpa olunacaq. Onlar müasir videonəzarət sistemi, detektor və mobil rentgen aparatları ilə təchiz ediləcək.

Leyla Cavadova
AzVision.az



Teqlər:  





Xəbər lenti