Çörçil və Stalinin içki qonaqlığı

Çörçil və Stalinin içki qonaqlığı
  24 May 2013    Oxunub:2932
Uinston Çörçil Stalinlə İkinci Dünya müharibəsi dövründə görüşüb və çoxlu içki içiblər.
AzVision.az Huffingtonpost-a istinadən məlumat verir ki, Çörçillə Stalinin içki qonaqlığı 1942-ci ilin avqust gecəsində baş verib. Liderlər əvvəlcə Şimali Afrika işğalı və Avropada “İkinci cəbhə” barədə danışıqlar aparıblar. Amma Çörçil işğal etməməklə bağlı təklif irəli sürdükdə, liderlər arasında gərginlik yaranıb. Narazılığı aradan qaldırmaq üçün Çörçil Rusiya liderinə içki qonaqlığı verib. Qonaqlıqda baş verənləri orada iştirak edən diplomat Alek Kadoqan təsvir edib:

“Qonaqlıqda Çörçil və Stalinə Molotov da qoşulmuşdu. Stola müxtəlif yeməklər və çoxlu alkoqollu içkilər düzülmüşdü. Stalin mənə kobudcasına içki təklif etdi. Başağrısından şikayət edən Çörçil isə Qafqazın qırmızı şərabını içmək üçün daxilən özü ilə mübarizə aparırdı”.

Kadoqanın sözlərinə görə, içki qonaqlığı səhər saat üçədək davam edib.

Leyla Cavadova
AzVision.az



Teqlər:





Xəbər lenti