Jirinovski öləcəyi günü açıqladı

Jirinovski öləcəyi günü açıqladı
  24 May 2013    Oxunub:1026
Jirinovski:`Məzar daşımın üstünə 7 qat prezidentliyə namizəd yazdıracam`.
Rusiya Liberal Demokratlar partiyasının lideri Vladimir Jirinovski ictimaiyyəti təəccübləndirməyə davam edir.

Yerli qəzetlərdən birinə müsahibə verən çılğın siyasətçi öz dəfn mərasiminin necə, nə vaxt və harada gerçəkləşəcəyini bildirib.

2024-cü ildən o yana qalmayacağını deyən Jirinovski cənazəsinin qızıl meydana aparılmayacağını bildirib. Çünki orada Jirinovskinin ölümünə çox adam sevinmiş olacaq.

Həmin vaxtadək Rusiyada iki prezident seçkisi keçiriləcək. Bu seçkilərdə mütləq iştirak edəcəyini deyən Vladimir Jirinovski məzar daşının üstünə də 7 qat prezidentliyə namizəd yazdıracaq. Dəfn mərasimində iştirak isə pulsuz olacaq.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti