Stokholmda iğtişaşlar səngimir – VİDEO

Stokholmda iğtişaşlar səngimir – VİDEO
  23 May 2013    Oxunub:1206
Stokholmda dörd gün davam edən iğtişaşlar nəticəsində təxminən 100 avtomobil yandırılıb. Şəhərin şimal-qərbində yerləşən Hyusbu rayonunda qarşıdurmanı 60-dan çox gənc başlayıb. İkinci gün isə onların sayı artaraq 100-ü keçib.
Gənclər qarajlarda və avtodayanacaqda yerləşdirilmiş avtomobilləri yandırıblar. Evlərdən birinin sakinləri müvəqqəti evakuasiya edilib. Nəticədə polislə toqquşma baş verib və gənclər polisləri daşa basıblar.

AzVision.az-ın “İnterfax”-a dayanaraq verdiyi xəbərə görə, insidentə səbəb 69 yaşlı Hyusbu sakininin polislər tərəfindən öldürülməsi olub. Bu hadisə gəncləri hiddətləndirib. Etirazçılar polisləri qəddarlıqda suçlayıb və sakinin ölümünün araşdırılmasını tələb ediblər.

Qeyd edək ki, Hyusbu rayonunun sakinlərinin əksəriyyəti immiqrantlardır.

AzVision.az




Teqlər:  





Xəbər lenti