Putin Obamaya cavab verdi

Putin Obamaya cavab verdi
  23 May 2013    Oxunub:1254
Patruşev Putinin məktubunu Obamanın özünə təqdim edib.
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ prezidenti Barak Obama ilə söhbət əsnasında Rusiya prezidenti Vladimir Putinin cavab məktubunu ona təqdim edib. Bu barədə AzVision.az Rusiyanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə məktub Rusiya ilə ABŞ arasındakı müxtəlif sahələrdəki əlaqələrin hazırki vəziyyəti və gələcək perspektivləri ilə bağlıdır.

Patruşev amerikalı həmkarı, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Tom Donilonla söhbət aparıb.

Bir sıra ikitərəfli və strateji cəhətdən vacib məsələlərə həsr edilmiş görüş zamanı məmurlara ABŞ prezidenti də qoşulub –deyə “Rossiyskaya qazeta” yazır.

RİA Novosti isə xəbər verir ki, Barak Obama Rusiya ilə ikitərəfli əlaqələrin gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.

Rusiyanın RT telekanalı məktubda ikitərəfli əlaqələrin genişləndirilməsi təklifi ilə yanaşı Suriyadakı vəziyyət və terrorizmlə birgə mübarizə məsələsi də qaldırıldığını bildirir.

Xatırladaq ki, aprelin 15-də Vladimir Putin Barak Obamadan məktub alıb. Məktubu ona Tom Donilon çatdırıb. Obamanın məktubunda ticari-iqtisadi, hərbi-texniki , eləcə də RMS və nüvə probleminin həlli üzrə əməkdaşlıq təklif edib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti