Suriya - İsrail müharibəsi başladı

Suriya - İsrail müharibəsi başladı
  22 May 2013    Oxunub:2117
Suriyada vətəndaş müharibəsinin davam etdiyi bir vaxtda, regional müharibə təhlükəsi də artır.
Bu gün Suriya ilə İsrail ordusu arasında Holan təpələri yaxınlığında atışma baş verib. Bu barədə məlumat verən İsrailin müdafiə naziri Moşe Yaalon Suriya sərhəddi yaxınlığında Bəşər Əsəd ordusuna məxsus bütün hədəfləri məhv etdiklərini bildirib.

Dəməşq hakimiyyəti isə Suriya sərhəddini pozan İsrailin hərbi texnikasını vurduqlarını bəyan edib.Əsəd hökuməti növbəti təxribatlarda İsrailin daha ağır cəzalandırılacağını vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti