Merkel “qaş düzəltdiyi yerdə göz çıxardı”- VIDEO

Merkel “qaş düzəltdiyi yerdə göz çıxardı”- VIDEO
  21 May 2013    Oxunub:1032
Almaniya kanslerinin uğursuz zarafatı Macarıstanla Almaniyanı küsdürdü.
Almaniya və Macarıstan biri-birilərinə qarşı heç də xoş olmayan bəyanatlar səsələndiriblər. Bu bəyənatlar iki ölkə arasındakı münasibətləri gərginləşdirib. Macarıstanın baş naziri Viktor Orbanın hazırki kansler Angela Merkelin yürütdüyü siyasəti nasist siyasəti ilə müqayisə etməsi Berlində təhqir kimi qarşılanıb. Daha dəqiq desək, Orban , 1944-cü ildə Hitler ordusunun Macarıstana hücumunu xatırladıb.

Bu diplomatik qalmaqala Angela Merkelin qarşıdakı seçkilərdə rəqibi Pyer Ştaynbryuk istəmədən səbəb olub. O, “diktatorluğa doğru addımlayan Macarıstanı Avropa İttifaqından kənarlaşdırmağa” çağırıb. Buna cavab olaraq Macarıstanı müdafiə etmək istəyən Merkel məsələni zarafata yozmağa çalışıb. Lakin “qaş düzəltdiyi yerdə göz çıxarıb”:

“Bu ölkəni doğru yola qaytarmaq üçün əlimizdən gələni etməliyik. Bunun üçün süvarilər göndərmək mütləq deyil” deyə özünə məxsus zarafat edib.

Onun zarafatı işə yaramayıb. Əksinə Macarıstan tərəfini qəzəbləndirib. Merkeli cavabsız qoymaq istəməyən Orban “Almaniya artıq bir dəfə üstümüzə “süvarilərini”-tanklarını göndərib.

Bundan sonra nə olacağı hələlik məlum deyil. Qeyd edək ki, mayın 23-də liderlərin Avropa İttifaqının Sammitində görüşü gözlənilir.



Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti