Rusiya kanalı itən səslərdən danışdı

Rusiya kanalı itən səslərdən danışdı
  21 May 2013    Oxunub:1511
Rusiyanın birinci kanalının “Xəbərlər” proqramında “Eurovision-2013”-ün rusiyalı iştirakçısına azərbaycanlılar tərəfindən verilən səslərin yoxa çıxması barədə danışılıb.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, müsabiqənin finalı mayın 18-də keçirilib və Azərbaycan Rusiya iştirakçısına bir səs belə verməyib.

“Bakıda iddia edirlər ki, bu cür nəticə tamaşaçıların iradəsinə zidddir. Azərbaycan, “Eurovision-2013”-ün rusiyalı iştirakçısı Dina Qaripovaya azərbaycanlılar tərəfindən verilən səslərin yoxa çıxmasını araşdırır.

Azərbaycanın ictimai televiziyası rəsmi bəyanat yayıb ki, Rusiya müğənnisi ölkədə SMS-səsverməsi nəticəsində digər ifaçılar arasında ikinci yeri tutub - reportajda danışılır.

“Final səslər hesablanan vaxt Rusiyanın Azərbaycandan heç bir bal almaması ciddi narahatlıq və təəccübə səbəb olub. Ziyalıların çoxu bu nəticəyə öz hiddətini bildiriblər. Biz onların fikri ilə razılaşırıq, Rusiya həqiqətən gözəl musiqi və güclü ifaçı ilə çıxış edib” – İctimai televiziyanın baş direktoru Cəmil Quliyev Rusiyanın birinci kanalının müxbirinə müsahibə zamanı söyləyib.

“Sakinlərin və münsiflər heyəti üzvlərinin verdiyi səslərin rəsmi nəticələrini dərc etmək lazımdır. Çünki, televiziya səsverməsinin nəticələri Azərbaycandan birbaşa Almaniyaya hərəkət edir” - Birinci kanalın musiqi yayımının direktoru Yuri Aksyuta izah edib.

Birinci kanal “Eurovision” müsabiqəsinin rəsmi nümayəndələrinə və mətbuat xidmətinə zəng etməyə çalışsa da, onlarla danışmaq mümkün olmayıb.

“Dina Qaripova Azərbaycandan ən azı 10 bal ala bilərdi” - Azərbaycan Respublikasının səfiri məşhur müğənni Polad BülBüloğlu hesab edir. O da öz hiddəti gizlətmir.

“10 bal bəlkə də heç nəyi dəyişməyəcək. O, ləyaqətlə beşinci yeri tutub və bu onun yaradıcılığına təsir göstərməyəcək. Bu prinsipial məsələdir. Düşünürəm ki, burada səsvermə mərkəzinin təqsiri vardır və ya texniki nasazlıq baş verib. Prezidentimiz məsələni aydınlaşdırmaq üçün göstəriş verib” - Birinci kanala müsahibəsində müğənni danışıb.

Reportajda həmçinin Rusiyanın azərbaycanlı müğənni Fərid Məmmədova 12 bal verdiyi qeyd edilib. O, finalda ikinci yeri tutub.

“Rusiya müğənnisi həmçinin Avropa tamaşaçılarını məftun edib. O, Avropanın beşinci ən yaxşı ifaçısı seçilib. Amma Dina Qaripovanın dəqiq nə qədər səs toplamasını yalnız “Eurovision” müsabiqəsinin nümayəndələri söyləyə bilər” - Birinci kanalın müxbiri vurğulayıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti