BMT raketlərə haqq qazandırdı

BMT raketlərə haqq qazandırdı
  21 May 2013    Oxunub:1499
Şimali Koreyanın buraxdığı kiçikmənzilli raketlər BMT-nin Təhlükəsizlik Şurasının heç bir qətnaməsini pozmur. “Biz bu raketlərin uçuş uzaqlığını müəyyən edə bilmirik, amma kiçikmənzilli raketlərin işə salınması Təhlükəsizlik Şurasının qətnamələrini pozmur” - ümumdünya təşkilatının baş katibinin rəsmi nümayəndəsinin müavini Farxan Xak söyləyib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, Farxan Xak bildirib ki, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən yalnız uzaq məsafəyə buraxılan ballistik raketlər qadağan olunub.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, “əgər söhbət ballistik olmayan başqa raketlərdən gedirsə, onda bu rəsmi şəkildə qadağan olunmayıb və bu cür raketlər Şimali Koreya tərəfindən artıq bir neçə dəfə sınaqdan keçirilib.”

Üç gün ardıcıl olaraq Şimali Koreya ölkənin şərq sahilində hərbi təlimlər çərçivəsində kiçikmənzilli raketlərini işə salıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti