Nino Burcanadze Gürcüstan prezidenti ola bilər

Nino Burcanadze Gürcüstan prezidenti ola bilər
  20 May 2013    Oxunub:1212
Gürcüstan Parlamentini keçmiş sədri prezidentliyə nazmizədliyini irəli sürüb.
Gürcüstanın “Xalq məclisi” təşkilatı parlamentin keçmiş sədri nino Burcanadzenin qarşıdakı prezident seçkkiləri üçün namizədliyini irəli sürüb. Bu barədə təşkilatın sədri, şahmat üzrə beşqat dünya çempionu Nona Qaprindaşvili bu gün keçirilən brifinqdə xəbər verib.

“ Biz Burcanadzeni prezidentliyə ən layiqli namizəd hesab edirik, o siyasət aləmində böyük təcrübəyə malikdir və xalq onu dəstəkləyir. Biz onun layiqli prezident olacağına əminik”-deyə brifinqdə qeyd olunub.

Qeyd edək ki, Nino Burcanadze ilə yanaşı “Gürcü arzusu “ partiyasından Qeorqiy Marqvelaşvili, Leyboristlər partiyasından Şalva Natelaşvili və gürcü-abxaz və osetin beynəlxalq hərəkatından Nestan Kirtadze prezidentliyə namizədliklərini irəli sürüblər.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti