Təhsil nazirinin müavini həbs edildi

Təhsil nazirinin müavini həbs edildi
  20 May 2013    Oxunub:1313
Onun büdcədən oğurluq etdiyi bildirilir.
Qazaxıstanın elm və təhsil nazirinin müavini Sayat Şayaxmetov 10 milyon dollara yaxın büdcə vəsaitini mənimsəməskdə şübhəli bilinirək həbs edilib. Bu barədə Qazaxıstan maliyyə polisinin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, 2013-cü il aprelin 29-da maliyy polisi Şərqi qazaxıstan vilayətində 700 təhsil müəssisəsinin tikintisi zamanı büdcə vəsaitlərinin mənimsənilməsi faktı üzrə cinayət işi qaldırılıb.

Xatırladaq ki, 2013-cü il mayın 14-də Şayaxmetov və “Qazaxıstanda Elm və Təhsil Obyektlərinin Tikintisi Direksiyası”nın baş direktoru sözügedən cinayətdə şübhəli bilinərək saxlanılıb. Mayın 17-də Şayaxmetov ev dustağı edilib.

Hazırda ciayət faktı üzrə araşdırmalar davam edir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti