Jirinovski persona non-qrata oldu

Jirinovski persona non-qrata oldu
  18 May 2013    Oxunub:1135
Vladimir Jirinovski bu dəfə Rusiya və Qırğızıstan arasında yeni beynəlxalq qalmaqala səbəb olub. Qırğızıstan parlamenti Rusiyanın Liberal-Demokratik Partiyasının liderini persona non-qrata elan etmək üçün səsvermə keçirib. Jirinovskinin ölkənin xarici borcu müqabilində İssik-Kul gölünün Rusiyaya verilməsi təklifi Qırğızıstan parlamentinin deputatlarının hiddətinə səbəb olub.
AzVision.az məlumat verir ki, 2013-cü ilin aprelində Dövlət duması Bişkekin Moskvaya olan 500 milyon dollar borcunun silinmə məsələsinin müzakirəsi zamanı Jirinovski Qırğızıstanla maraqlanmağa başlayıb. Rusiyanın Liberal-Demokratik Partiyasının lideri parlamentdə çıxışı zamanı həmkarlarına bildirib ki, hansısa namizəd prezident seçkilərində qalib gəlmək müqabilində Rusiyaya ərazi bağışlamağı vəd verib.

Jirinovskinin bəyanatı Qırğızıstanda səs-küyə səbəb olub. Parlamentdə Vladimir Jirinovskinin persona non-qrata elan olunması barədə məsələni “Ata-Jurt” partiyası irəli sürüb. Jirinovskinin persona non-qrata elan olunması üçün 120 parlament üzvündən 67-si səs verib. Xalq-vətənpərvərlik hərəkatının lideri Nurlan Motuev bildirib ki, əgər Rusiya İssik-Kul gölünə iddia irəli sürsə onu qanlı müharibə gözləyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti