Əsəd siyasətdən getməlidir

Əsəd siyasətdən getməlidir
  17 May 2013    Oxunub:1272
ABŞ prezidenti Barak Obama Suriya prezidentinin siyasətdən getməsi barədə bəyanat səsləndirib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, ABŞ prezidenti Barak Obama Vaşinqtonda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra bildirib ki, Suriya prezidenti Bəşər Əsəd siyasi arenanı tərk etməlidir.

“Biz Əsəd rejiminə qarşı təzyiqi artırmaq və Suriya müxalifətinə yardım etmək haqqında danışdıq. Hər ikimiz Əsədin siyasəti tərk etməsi barədə razılaşdıq” – Obama söyləyib. Onun sözlərinə görə, Türkiyə Suriya ilə bağlı beynəlxalq konfransda mühüm rol oynamalıdır.

BMT-nin məlumatına görə, Suriyadakı rejimlə müxalifət arasında silahlı münaqişə nəticəsində 70 mindən çox insan həlak olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti