ABŞ prezidentinin sərvəti açıqlandı

ABŞ prezidentinin sərvəti açıqlandı
  16 May 2013    Oxunub:1329
Ağ Evin dərc etdiyi hesabata görə, Barak və Mişel Obamaların şəxsi sərvəti 1,8 ilə 6,9 milyon dollar arasındadır.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, keçən il prezidentin 2,6 - 8,3 milyon dollar malik olduğu bildirilmişdi.

Hesabata görə, Obama ailəsinin 1 milyondan 5 milyon dollaradək sərvəti Maliyyə Nazirliyinin borcu öhdəliyindədir. Prezidentin yeganə borcu Çikaqoda yaşayış evi üçün 500 mindən 1 milyon dollaradək olan ipoteka kreditidir. Kredit onlara illik 5,6 %-lə 30 il müddətinə verilib.

İldə 400 min dollar təşkil etməklə prezident maaşı onların gəlirlərinin əsas mənbəyidir. Amerika lideri üçün gəlir vergisi 18,4 %-dir. Prezident və onun xanımı qazanılmış pulun demək olar ki, dörddə birini - 150 min dolları müxtəlif xeyriyyə təşkilatlarına bağışlayıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti