Erməni məscid tikir

Erməni məscid tikir
  15 May 2013    Oxunub:1385
Türkiyədə müxtəlif dini abidələrin müəllifi Erməni memarı Kevork Özkaragöz öz layihələrini hazırlayarkən dini icmaların fikirlərinə söykənir.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, erməni bənna ailəsindən doğulan Kevork Özkaragöz 6 yaşında olarkən Malatya şəhərindən İstanbula köçüb.

Özkaragöz onu Osmanlı imperiyasının baş memarı Sinanla müqayisə edən şəxslər barəsində söyləyib ki, onlar sadəcə onun bacarığını şişirdirlər.

“Osmanlı imperiyası dövründə bu və ya digər millət və ya dini ayrı-seçkilik ənənələri yox idi. Ümumiyyətlə, memarlıq və başqa incəsənət növlərində belə vəziyyətə rast gəlmək mümkün deyildi. Bundan başqa, memar kimi biz layihələrimizdə dini motivlərə yer vermirik. Hər bir layihə ictimaiyyət üçün vacib motivləri əks etdirir, yəni dini abidələr məxsus olduqları cəmiyyətin xüsusiyyətlərini özlərində cəmləyir” – o əlavə edib.

İstanbulun Okmeydanı rayonunda Mahmut Şevket Paşa Hacı Bektaş Cemevi və Balıkesirdəki məscid Özkaragöz tərəfindən tikilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti