ABŞ-ın Ermənistandakı səfiri Ankaranı ittiham etdi

ABŞ-ın Ermənistandakı səfiri Ankaranı ittiham etdi
  14 May 2013    Oxunub:1419
Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Jon Heffern Ankaranı ittiham edən açıqlama ilə çıxış edib.
Elmi-istehsalat mərkəzlərindən birinin tələbələri qarşısında çıxış edən diplomat bildirib ki, Türkiyə və Ermənistan arasında imzalanan Sürix protokollarının həyata keçməməsinin günahkarı Ankaradır.

Heffern bildirib ki, hər iki dövlətin prezidentləri Abdullah Gül və Serj Sarqsyan münasibətlərin normallaşması üçün əlindən gələni etsə də, hakim Ədalət və İnkişaf Partiyasının lideri və baş nazir Rəcəb Tayyib Ərdoğan prosesin gedişini dəyişə bilib:

"Ərdoğan hökuməti bölgədə və bütün türk dünyasında nüfuz qazanmaq üçün protokolların həyata keçməsi üçün ön şərt irəli sürdü. Bu ön şərt isə Dağlıq Qarabağ münaqişəsi idi".

Amerikalı səfir həmçinin qeyd edib ki, bunlara baxmayaraq, İrəvan yenə də Ankaraya dostluq əli uzatsa da, türklər bütün bu cəhdləri rədd edib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti