Qarabağda döyüşən ermənilər Azərbaycandan yardım istəyir

Qarabağda döyüşən ermənilər Azərbaycandan yardım istəyir
  14 May 2013    Oxunub:1468
Azərbaycana qarşı döyüşənlər Ermənistan hökumətindən narazıdırlar.
Qarabağ müharibəsi “iştirakçıları” nə varlanmaq, nə də kapital toplamaq arzulayır, onlar normal insan kimi yaşamaq istəyirlər. Ermənistanda qalmaq, heç yerə getməmək istəyirlər. Yerli jurnalistlərə müsahibəsində ehtiyatda olan erməni zabitləri belə deyir.

Yerevandakı “Azadlıq” meydanında bir neçə günlük oturaq aksiyaları bir işə yaramadığından üz tutublar birbaş hökumət binasına. Burada onlara hazırki hakimiyyətin əlindən zara gəlmiş onlarla başqa hərbiçilər də qoşulub.

Xatırladaq ki, ötən həftə həmin hərbiçilərdən biri Valodya Avetisyan Ermənistan hökumətinin konstitusiya və qanunları kobud şəkildə pozaraq “Qarabağa azadlıq müharibəsi iştirakçılarının” , hərbiçilərin və onların ailələlərinin sosial hüquqlarını tapdalaması ilə bağlı bəyanatla çıxış edib.

Onun sözlərinə görə hökumət hətta hərbi qulluqçulara mümkün qədər az maaş vermək üçün xüsusi siyasət yürüdür.

Qondarma Respublikanın hərbiçiləri hökumətdən Ermənistan Konstitutsiyası və qanunlarına uyğun olaraq onların sosial təminatını, pensiya məsələsini yenidən nəzərdən keçirməyi və təqaüdə çıxmış hərbiçilərə və onların ailələrinə kompensasiya verilməsini tələb edirlər.

Onu da qeyd edək ki, yuxarıda adını çəkdiyimiz Ovetisyan bu tələblərin yerinə yetirilməsi məqsədilə artıq üç gündür ki, aclıq aksiyasına başlayıb. Digər hərbiçilər də aksiyaya qoşulmaq niyyətində olduqlarını bildirirlər. Ancaq çətin ki, ağır iqtisadi şəraitdən qurtula bilməyən Ermənistan hökuməti onların bu tələblərini yerinə yetirsin. Odur ki, həmin “döyüşçülərin” acından öləcəkləri istisna deyil. Ancaq bəlkə özləri vaxtından əvvəl aksiyalarına son qoydular. Hər şeyə rəğmən ”bəxtlərini bir daha sınamaq istəyən keçmiş “döyüşçülər” tələblərini ağ kağıza yazıb hökumətə göndəriblər.

“Cavabın bizi qane etməsi həm də hökumətin xeyrinə olacaq. Biz qanunlara hörmət edirik. Bu gün Azadlıq meydanına gedib oturaq aksiyamızı davam etdirəcəyik. Bir müddət sonra aksiyanı dayandırıb hökumətin cavabını gözləyəcəyik. Əgər məsələ həll edilməsə, tələblərimiz yerinə yetirilməsə aksiyalarımızı davam etdirəcəyik. Olan bu hökumətə olacaq!”-deyə növbəti aksiyanın harada keçiriləcəyi barədə heç bir məlumat verməyən erməni polkovnik bildirib.

Digər bir aksiyaçı isə Ermənistan hökumətini məsələnin ciddiliyini anlamağa çağırıb: “Şayəd yenidən müharibə başlasa bu hökumət torpaqlarını kimlərin hesabına müdafiə edəcək? Kimi göndərəcək düşmən üstünə? Arvadları? Heç kim getməyəcək! Niyə getsinlər axı, gedənlərə qiymət verən oldumu? Bir azdan Ermənistanda bir başı papaqlı qalmayacaq. Hamı bir tikə çörək pulu üçün ev eşiyini tərk edir. Bu hökumət şükr etsin ki, biz gedib Azərbaycandan yardım istəmirik. Ancaq belə görünür ki, bu da olacaq. Bəlkə onda yatmış hökumət ayıla!

Səbinə Həsənova
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti