BMT: “Böcək yeyin”

BMT: “Böcək yeyin”
  13 May 2013    Oxunub:1199
Birləşmiş Millətlər Təşkilatı aclıqla mübarizə aparmaq, sağlam qidalanmağı dəstəkləmək və ekoloji çirklənmənin qarşısını almaq üçün alternativ qida mənbəyi tapıb : Böcəklər.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı çəyirtkə və qarışqalar da daxil olmaqla böcəklər aləminin digər üzvlərinin insanlar, mal-qara və ev heyvanları üçün alternativ qida mənbəyi ola biləcəyini açıqlayıb.

Təşkilatın Romada keçirilən toplantısında açıqlanan “Yeyilə bilən böcəklər : Qida və yem təhlükəsizliyinin gələcəyi ilə bağlı təkliflər” adlı 200 səhifəlik hesabatda dünyanın fərqli regionlarında hazırda 2 milyard insanın süfrələrində protein və mineral baxımından zəngin böcəklərə yer verdiyi açıqlanıb.

Hesabatda 1 kiloqram ət əldə etmək üçün böyük baş heyvanların 8 kiloqram, böcəklərin isə sadəcə 2 kiloqram yem istehlak etdiyi vurğulanıb. Qida və yem təhlükəsizliyinin təmin olunması üçün böcək fermalarının qurula biləcəyi də bildirilib.

Təşkilat qırmızı ət, balıq və ətlə müqayisədə protein baxımından zəngin olan böcəklərin lazımınca qidalanmayan uşaqlar üçün də çox yaxşı qida mənbəyi olması qeyd edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti