1 fotoya 1 erməni Konyakı

1 fotoya 1 erməni Konyakı
  13 May 2013    Oxunub:1431
Putin Kemerona erməni konyakı bağışladı
Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyanın baş naziri Devid Kemerona erməni konyakı hədiyyə edib.

AZVision.az “The Telegraph”a istinadən məlumat verir ki, Putin Kemeronla Soçidəki iqamətgahında görüşüb. Tərəflər bi r sıra müzakirələrdən sonra birgə nahar ediblər. Daha sonra bir-birilərinə hədiyyələr bağışlayıblar.

Britaniyanın baş naziri Putinə onunla birgə 2012-ciil Olimpiya oyunlarnı izləyən zamanı çəkilən fotonu, Putin isə Kemerona 1971-ci ildn qalma erməni konyakı verib.

Niyə məhz erməni konyakı? Rusiya prezidentinin ermənilərə hörmətindənmi, ya sadəcəə olaraq erməni konyakını bəyəndiyi üçünmü yoxsa Kemeronun hədiyyəsi sıradan bir şəkil olduğuna görə o boyda nazirə belə kiçik bir hədiyyə verdiyini təkcə Putin özü bilir.

Rusiya prezidentinin özündən əvvəlki həmkar da bənzər bir addım atmışdı. Putinin özünün dediyinə görə, 1945-ci ildə İosif Stalin Uinston Çerçilə bənzər konyak hədiyyə vermişdi.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti