Kim Çen Ina sui-qəsd edilib ? - VİDEO

Kim Çen Ina sui-qəsd edilib ? - VİDEO
  10 May 2013    Oxunub:1261
Yol polisi, xanım Ri Ken Sim Koreya Xalq Demokratik Respublikasının Qəhrəmanı rütbəsinə layiq görülüb.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu mükafat silahlı münaqişədə qəhrəmanlıq göstərən insanlara verilir. Ehtimal olunur ki, qadın ölkə prezidenti Kim Çen İnin həyatını xilas edib.



Yol polisinin “qəhrəman” adına layiq görülməsi və ona büst qoyulması sual doğurur. Ehtimala görə, prezidenti öldürmək istəyərkən qadın sui-qəsdə mane olub.

Ri Ken Simə “Qızıl medal” və I dərəcəli Dövlət Bayrağı Ordeni təqdim olunacaq. Qadının doğma vətənində ona büst qoyulacaq. Ri Ken Sim mükafat təqdim olunarkən göz yaşlarını güclə saxlayıb.



Keçmiş Şimali Koreya prezidenti Kim İr Sen bu mükafata üç dəfə layiq görülüb. Həmin mükafat keçmiş liderlər olan Kim İr Sen və Kim Çen İrin portretlərini yanmaqdan xilas edərkən həlak olan tələbə Yu Qen Xvaya da təqdim olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti