XİN: Terroristlər bizim əraziyə gəlməsin

XİN: Terroristlər bizim əraziyə gəlməsin
  09 May 2013    Oxunub:1188
“Geri çəkilən PKK-çıların İraqa gəlməsinin əleyhinəyik”.
AzVision.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilib.

PKK-çıların İraq torpaqlarına girməsinin mümkünsüz olduğu deyilən açıqlamada, İraqın Türkiyənin bölgədəki sülh siyasətini dəstəklədiyi vurğulanır.

Öz ölkəsinin suverenliyi, təhlükəsizliyi və sabitliyini düşünən İraq səlahiyyətliləri bu baxımdan PKK-çıların İraq torpaqlarına daxil olmasına qarşı olduqlarını vurğulayıb.

Qeyd edək ki, PKK terror təşkilatının üzvləri, dünəndən etibarən Türkiyənin Hakkari vilayətindəki Cilo-Buzlaq Sat Dağlarından, Ağaçdibi kəndi bölgəsindən, Berçelan Yaylası və Ceylanlı kəndindən, Kato Dağından, Hakkarinin Qazan Vadisi, İşıqlı, Qovuşan, Minyanış, Cevizli bölgələrindən geri çəkilməyə başlayıb.




Teqlər:  





Xəbər lenti