İnterpol əməkdaşları itkin düşdü

İnterpol əməkdaşları itkin düşdü
  09 May 2013    Oxunub:1430
Meksikanın şimalında İnterpol əməkdaşlarından ibarət qrup itkin düşüb.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, İnterpol əməkdaşlarının itkin düşməsi barədə məlumatı Meksikanın Çiuaua ştatının qubernatoru Sesar Duarte Xakes bildirib. İtkin düşənlər arasında İnterpolun dörd agenti və Meksikanın baş prokurorluğunun əməkdaşı olub. İlkin məlumatlara görə, onlar ABŞ-la sərhəddə Çiuaua şəhərindən Südad-Xuaresə gedən yolda itiblər.

İtkin düşən polis ekspertlərinin milliyyəti haqqında məlumat yoxdur. Yerli hakimiyyət Meksikanın baş prokurorluğu ilə birgə araşdırma aparır.

AzVision.az


Teqlər:  





Xəbər lenti