Hökumət binalarında kondisionerlər qadağan edildi

Hökumət binalarında kondisionerlər qadağan edildi
  09 May 2013    Oxunub:1684
Baş nazirin bu qərarı mayın 15-dən qüvvəyə minəcək
Pakistanın baş naziri Mir Xəzərxan Haso hökumət binalarında kondisionerlərin istifadəsini qadağan edib. Bu qərar iqtisadi çətinliklərlə bağlıdır.

Qərarın qüvvədə olma müddəti isə elektroenerji ilə bağlı vəziyyətin çətinliyindən asılı olacaq.

Bir müddətdir elektrik enerjisi və təbii qaz çatışmazlığı ilə üzləşən Pakistanın hökumət başçısı işçilərinə istidən qorunmaq üçün açıq rəngli paltarlar geyinməyi məsəlhət görüb.

Qeyd edək ki, Pakistanda yayda havanın hərarəti 40 dərəcə olur. Qərar mayın 15-dən qüvvəyə minəcək.


Teqlər:





Xəbər lenti