Prezidentliyə namizəd 4 metr hündürlükdən yıxılıb

Prezidentliyə namizəd 4 metr hündürlükdən yıxılıb
  08 May 2013    Oxunub:1312
Pakistan prezidentliyinə namizəd İmran Xan bədbəxt hadisə ilə üzləşib.
Nitq söyləmək üçün tribunaya qalxan namizəd mühafizəçiləri ilə birlikdə 4 metr hündürlükdən yerə yıxılıb. Ciddi zədələr alan İmran Xan öz vəsaiti hesabına inşa etdiyi və mərhum anasının adına olan xəstəxanaya çatdırılıb. Hazırda siyasətçinin vəziyyəti normaldır və o tezliklə seçkiqabağı kampaniyasını bərpa edə bilər.

Amma o xəstəxana çarpayısından belə təbliğatını davam etdirir: "Mən həyatım boyu Pakistan uğrunda mübarizə aparmışam. Mən əlimdən gələn hər şeyi etmişəm. İndi isə istəyirəm ki, məsuliyyəti öz üzərilərinə götürsünlər.

Əgər siz taleyinizi dəyişmək istəyirsizsə, onda məsuliyyəti üzərinizə götürməlisiz". Qeyd edək ki, İmran xan və onun rəhbərlik etdiyi hərəkat mayın 11-də keçiriləcək parlament seçkilərində favorit hesab olunur.


Teqlər:  





Xəbər lenti