PKK geri çəkilir

PKK geri çəkilir
  08 May 2013    Oxunub:1387
Bülent Arınç: “Proses nəzarətimiz altındadır”.
PKK terror təşkilatının üzvləri, səhər saatlarından etibarən Türkiyənin Hakkari vilayətindəki Cilo-Buzlaq Sat Dağlarından, Ağaçdibi kəndi bölgəsindən, Berçelan Yaylası və Ceylanlı kəndindən, Kato Dağından, Hakkarinin Qazan Vadisi, İşıqlı, Qovuşan, Minyanış, Cevizli bölgələrindən geri çəkilməyə başlayıb.

Türk mətbuatında yer alan xəbərlərə görə, adlarının açıqlanmasını istəməyən bəzi kəndlilər, PKK üzvlərinin qruplar halında bölgədən çəkildiklərini təsdiqləyib. Lakin, sərhəd boyunca çəkilmə anına şahidlik edənlərin olmadığı bildirilir. Həmçinin, heç bir hava əməliyyatının həyata keçirilmədiyi, pilotsuz insan təyyarələrinin bölgədə görülmədiyi deyilir.

“Səbirsizlə gözlədiyimiz, PKK terror təşkilatının fəaliyyət göstərməməsi və silahları yerə qoyaraq ölkədən çıxmasıdır”–deyə Türkiyə Baş nazirinin müavini Bülənt Arınç da məsələyə münasibət bildirib.

O, çəkilmə prosesini təqib etdiklərini dilə gətirib:
“Proses nəzarətimiz altındadır. PKK-nın çəkilmə prosesinə tam şəkildə nəzarət edirik. Bizim üçün əsas nəticədir. Nəticə əldə etdikdən sonra bu mövzuyla əlaqədar açıqlama verəcəyik”.


Teqlər:  





Xəbər lenti