Ümumdünya Ticarət Təşkilatının rəhbəri braziliyalı diplomat Roberto Azevedo seçilib. Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatının hazırkı baş direktoru fransalı Paskal Laminin mandatı bu il avqustun 31-də bitir. 55 yaşlı Roberto Azevedo təşkilatın 159 üzvü arasında keçirilən müzakirələrin üçüncü mərhələsi zamanı seçilib. Qeyd edək ki, təşkilat çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir.