BMT sülhməramlıları azad olunmadı

BMT sülhməramlıları azad olunmadı
  08 May 2013    Oxunub:1405
Nyu-Yorkda baş tutan brifinqdə BMT-nin mətbuat katibi Qolan yüksəkliklərində BMT-nin müşahidə qrupuna mənsub olan dörd nəfər sülhməramlısının tutulması barədə məlumatı təsdiq edib.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, tutulan sülhməramlılar Filippin batalyonunun üzvləri olublar. BMT onların azad olunması üçün səy göstərir.

İnsident 86-cı mövqe yaxınlığında ayrılma rayonunda baş verib. BMT-nin mətbuat katibi bildirib ki, sülhməramlılar “naməlum silahlı qrup tərəfindən” tutulub.

Qolan yüksəkliklərində BMT-nin ayrılma zonasına müşahidə edən qüvvəsi Suriya ilə İsrail arasında atəşkəsin təmin olunması üçün 1974-cü ildə yaradılıb.

BMT-nin müşahidə qüvvəsi, hündürlüyü 75 kilometr, eni 10 kilometr və mərkəzi cənub nöqtəsində 200 metr təşkil edən ayrılma rayonunda patrul xidməti və müşahidəni həyata keçirir.

Ayrılman rayonu - yaşayış zonasıdır və Suriya hakimiyyəti tərəfindən idarə olunur. Buraya BMT-nin ayrılma zonasına müşahidə edən qüvvəsindən başqa heç bir silahlı qüvvə daxil ola bilmir. Hazırda BMT-nin ayrılma zonasına müşahidə edən qüvvəsinin tərkibində Avstriya, Hindistan, Filippin və Xorvatiyadan min nəfərdən çox hərbi qulluqçu vardır.

AzVision.az


Teqlər:  





Xəbər lenti