Türkiyə ilə İsrail razılaşdılar

Türkiyə ilə İsrail razılaşdılar
  07 May 2013    Oxunub:1503
Mavi Mərmərə hadisəsinə görə İsrailin baş naziri Benyamin Netanyahunun üzr məktubu oxunub
Türkiyə ilə İsrail nümayəndələri Mavi Mərmərə hadisəsinə görə təzminat ödənilməsinə dair sənədi razılaşdırıblar. İsrail Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, növbəti- ikinci görüş müsbət və konstruktiv keçib.

Ola bilsin ki, danışıqların üçüncü mərhələsi baş tutmadan sənəd imzalansın. 6 saat yarım davam edən danışıqlarda İsrailin baş naziri Benyamin Netanyahunun hadisəyə görə üzr məktubu oxunub. Sənədin mətni isə açıqlanmır.

Səbinə Həsənəova
AzVision.az



Teqlər:  





Xəbər lenti