Suriya-İsrail-İran müharibəsi başlayacaq

Suriya-İsrail-İran  müharibəsi başlayacaq
  06 May 2013    Oxunub:5008
“İsrailin Suriyaya hücumu əslində İranı vurmaq məqsədi daşıyır”.
İsrail və Suriya hökumətləri, İsrail hərbi hava qüvvələrinin Dəməşqi bombalamasından sonra yaranmış gərgin vəziyyəti müzakirə edir. Bu saatlarda Qüds və Dəməşqdə hərbi-siyasi kabinetlərin fövqəladə iclası keçirilir. Bununla yanaşı, Israil tərəfinin Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini daha da gücləndirdiyi bildirilir.

Suriyanın xarici işlər nazirinin müavini Feyzəl əl-Mekdad CNN müsahibəsində bildirib ki, Dəməşq ətrafındakı hərbi obyektlərə hücum “İsraillə müharibə elan etmək üçün” əsas yaradır.

Əl- Mekdad bəyan edib ki, İsrailin hücumu “Təl-Əviv in terrorçularla ittifaq bağladığını sübut edir”.

AzVision.az ərəb mənbələrinə istinadən bildirir ki, Suriya artıq may ayının 5-dən,yerli vaxtla saat 05:00-dan etibarən İsrailə qarşı müharibə elan edib.

Bu arada Livanın xarici işlər naziri Adnan Mənsur “İsrailin Suriyaya qarşı mövqeyini və beynəlxalq ictimaiyyətin məsələyə biganə yanaşmasını” qınayıb. Mənsur Ərəb Liqasını “İsrailin ərəb dövlətlərinə qarşı davam edən hücumlarına qarşı açıq –aydın münasibət bildirməyə” çağırıb.

İsrailin baş naziri Benyamin Netanyahu isə Çinə səfərini təxirə salıb və kabinet in Suriya ilə yaranmış vəziyyətlə bağlı keçirdiyi müzakirələrə qatılıb.

Qeyd edək ki, Suriya rejiminin İsrailə heç bir qeyd-şərtsiz cavab zərbəsi endirəcəyi təhlükəsi gözlənilir. Cari ildə İsrailin Hərbi Hava Qüvvələrinin sayca üçüncü bombardmanına Suriyanın cavab verməməsi Ərəb dünyasını sarsıdıb. Sosial şəbəkələrdə “Biz İsrailin Suriya xalqını müdafiə edəcəyi günü gözləyirik”, “Hardadı Rusiya? Hanı onun tankları?, hanı Tartus radarları?”, “Rusiya da sionizm qarşısındakı qorxaq siçanlardan biri imiş” kimi mesajlar artır.

Situasiyanı dəyərləndirən bir sıra ekspertlər yaranmış vəziyyətin Suriyanın suverenliyini pozulmasına yönəldiyini də istisna etmirlər. “ Suriya bu vəziyyəti cavabsız qoymayacaq. Lakin onu da unutmamalıyıq ki, Bəşər Əsədin cavab verib-verməyəcəyi yalnız İran və “Hizbullahdan” asılıdır. Bütün qərarları verən İrandır. Müharibənin “böyük” və ya “kiçik” olmasına da məhz İran qərar verəcək”- deyə Qüdsün Yəhudi Universitetinin İslam Araşdırmaları Departamentinin professoru Moşe Maoz bildirib.

Onu da qeyd edək ki, İran özünü “Suriyanın təhlükəsizliyinin qarantı” adlandırıb və iki ölkə arasında birgə müdafiə sazişi imzalanıb.

Suriyanın bu dəfə də İrandan kömək gözlədiyi güman edilir. “Ola bilər ki, Suriya hökuməti cavab hücumu həyata keçirsin, lakin bu hücumun açarı Tehranın əlindədir”-deyə ekspertlər bildirir.

Əbəs yerə deyil ki, İsrailin Suriyaya hücumunu əslində İrana xəbərdarlıq kimi dəyərləndirilir. Qeyd edək ki, Suriyaya hücum zamanı İsrailin hədəflərindən biri də məhz bu ölkədəki İran raketləri (Fateh 110) olub. İsrail kəşfiyyatının məlumatına görə, “İran təşkilatları tərəfində “Hizbullaha” göndərilən sözügedən Fateh 110 raketləri”Dəməşqdən şimalda yerləşən Camrayya məntəqəsində saxlanılırmış.

Bununla İsrail, həm də İranı “Hizbullah”ı silahlandırmaqda ittiham edir. Qeyd edək ki, “Hizbullah” hazırda Bəşər Əsədə qarşı döyüşənlərə yardım məqsədilə Livandan Suriyaya silah və yaraqlı keçirilməsinə qarşı mübarizə aparır.

İran “Hizbullah”ı maliyyələşdirir,Təl-Əviv isə İran tərəfinin Suriyadakı bu hərbi hazırlıqlarına cavab verməyə hazır olduğunu bəyan edir. Beləliklə də, İsrailin Suriyada “Hizbullahı” hədəfə alması dolayı yolla İranı vurmaq niyyətində olduğunu göstərir. Ekspertlər belə bir qənaətə gəliblər. O ki qaldı Bəşər Əsəsdə, Dəməşq 40 ildir İsraillə müharibəyə hazırlaşsa da artıq buna gücü qalmayıb.

Ekspertlər onu da qeyd edirlər ki, İyunun 14-də İranda prezident seçkiləri keçiriləcək. Ona görə də “həmin vaxtadək İsrail tərəfdən hər hansı bir aktiv əməliyyatlar gözləməyə dəyməz, lakin iyul ayından başlayaraq hərbi əməliyyatlara start veriləcəyi güman edilir”.

Xatırladaq ki, 2013-cü ilin əvvəlindən İsrail Suriyaya 3 dəfə zərbə endirib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti