3D texnologiyalı ilk odlu silah yaradıldı

3D texnologiyalı ilk odlu silah yaradıldı
  06 May 2013    Oxunub:1706
Dünyada ilk dəfə olaraq 3D printer texnologiyası ilə silah yaradılıb.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-da dünyada ilk dəfə 3D texnologiyası ilə odlu silah hazırlanıb. Odlu silah müxalif qrup tərəfindən yaradılıb. Qrup silahı ərsəyə gətirmək üçün bir il vaxt sərf edib. Qeyd edək ki, odlu silahın hazırlanması zamanı istifadə olunan çertyojlar internetdə yerləşdirilib.

Silah Texasda sınaqdan uğurla keçib. Lakin silah əleyhinə kampaniya aparan insanlar layihəni tənqid ediblər.

Avropa Birliyinin hüquq-mühafizə orqanları bildirib ki, layihəyə nəzarət olunur. AB-nin kibercinayət mərkəzinin nümayəndəsi Viktoriya Beynisin sözlərinə görə, hazırda cinayətkarlar odlu silah yaratmaq üçün ənənəvi üsullardan istifadə edirlər. Lakin bu texnologiya ilə silah əldə etmək daha asan və ucuz başa gəlir.

Silah əsasən plastik materialdan hazırlanıb. Yeni texnologiya ilə yaradılmış silahı eBay saytında təşkil olunmuş onlayn hərracdan 8 min dollara almaq olar.

Leyla Cavadova
AzVision.az



Teqlər:  





Xəbər lenti