“Bakı” mehmanxanasında dava düşdü -YENİLƏNİB

“Bakı” mehmanxanasında dava düşdü -YENİLƏNİB
  06 May 2013    Oxunub:1226
Qafqazlılar əlbəyaxa olublar.
Moskva polisi Rusiya paytaxtının cənub-şərqində iki dəstə arasındakı münaqişəni araşdırır. Bu barədə AzVision.az “İnterfax”-a istinadən xəbər verir.

Məlumata görə ötən gün Moskva vaxtilə saat 20:30-da polisə “Nijnie polya” küçəsində, Bakı mehmanxanasının yaxınlığında dava olduğu barədə məlumat daxil olub.

Münaqişə zamanı tərəflərdən biri digərinə ciddi xəsarət yetirərək avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb. Lakin az keçmədən polis onu saxlayıb.

Münaqişə iştirakçılarından bəzilərinin Çeçenistan vətəndaşları olduğu məlum olub. Digər dəstə üzvlərinin araşdırmaları isə davam edir.

İlkin məlumatlara görə bir nəfər aldığı bıçaq yarasından ölüb, odlu silahdan açılan atəş nəticəsində başından yaralanan şəxs isə xəstəxanada həyatını itirib.
___

Rusiya paytaxtında azərbaycanlılar və çeçenlər arasında silahlı insidentdə ölənin 1984-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Ramil İsmayılov olduğu məlum olub.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti