Liviyada siyasi azadlıqlar məhdudlaşdırılır

Liviyada siyasi azadlıqlar məhdudlaşdırılır
  06 May 2013    Oxunub:1353
Liviya parlamenti Qəddafi dövründə vəzifədə olan rəsmilərə siyasi mövqe tutmağı qadağan edəcək qanun irəli sürüb.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, səsvermə döyüşçülərin Ədlliyyə və Xarici İşlər Nazirliyini mühasirəyə almasından bir həftə sonra Ali Milli Konqresdə keçirilib.

Rəsmilər bildiriblər ki, qanun qəbul olunanadək onlar vəzifələrini tərk etməyəcəklər.

Qanun həmçinin hökumətin ali üzvü olan baş nazir Əli Zeydana da şamil edilir. Əli Zeydan və Ali Milli Konqresin sözçüsü Məhəmməd Meqaryef inqilabdan əvvəlki dövrün diplomatlarıdır.

Leyla Cavadova
Azvision.az



Teqlər:  





Xəbər lenti