Türklər İsrailə gedir

Türklər İsrailə gedir
  05 May 2013    Oxunub:1315
Xarici işlər nazirinin müavini Firudin Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti sabah Təl-Əvivə səfər edəcək.
İsrailin "Mavi Mərmərə" gəmisinə hücumla bağlı Türkiyədən üzr istəməsindən sonra öldürülmüş Türkiyə vətəndaşlarının ailələrinə təzminat verilməsi məsələsi üzrə ikinci görüş sabah İsrailin paytaxtı Təl-Əviv şəhərində keçiriləcək.

"Anadolu" agentliyinə istinadən məlumat verir ki, xarici işlər nazirinin müavini Firudin Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti sabah Təl-Əvivə səfər edəcək.

Görüşdə İsraili aprelin 22-də Ankarada keçirilən ilk toplantıda iştirak etmiş Baş nazir Benyamin Netanyahunun sözçüsü ilə Təhlükəsizlik Şurasının rəhbəri Yaakov Amidror təmsil edəcəklər.



Teqlər:





Xəbər lenti