ABŞ təyyarəsi Qırğızıstanda qəzaya uğradı

ABŞ təyyarəsi Qırğızıstanda qəzaya uğradı
  03 May 2013    Oxunub:1621
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Qırğızıstanın Qazaxıstanla sərhədində qəzaya uğrayıb.
Qırğızıstanın Fövqəladə hallar nazirliyi Amerikaya məxsus yanacaqdoldurma təyyarəsinin Qırğızıstanla Qazaxıstan sərhədində Bişkekdən 90 km məsafədə yerləşən Çaldovar yaşayış məntəqəsi üzərindən keçərkən qəzaya uğradığını təsdiqləyib.

Məlumata görə təyyarə Bişkekdən Əfqanıstana uçurmuş. Təyyarənin göyərtəsində on tonlarla yanacaq olduğu bildirilir.

Hazırda hadisə yerinə Qırğızıstanınn Müdafiə və Daxili İşlər Nazirliklərinin, Mülki Aviasiya Departamentinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ,eləcə də yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb edilib.

Onların məlumatına görə havada partlayaraq alışan təyyarənin hissələri geniş miqyasda əraziyə səpələnib. Hazırda axtarışlar davam edir.

Hadisə yerinə Amerika Tranzit Daşımaları Mərkəzinin xilasedicilərinin gəlməsi gözlənilir. Qeyd edək ki, qəzaya uğrayan təyyarə məhz bu mərkəzə məxsusdur.

Qırğızıstanın baş nazirinin tapşırığına əsasən qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb. Araşdırmalar davam edir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti