Dünyanı yeni quş qripi pandemiyası gözləyir

Dünyanı yeni quş qripi pandemiyası gözləyir
  02 May 2013    Oxunub:1187
Ümumdünya səhiyyə təşkilatından yeni həyəcan siqnalı
Dünya yeni quş qripi pandemiyası ilə üz-üzədir. Ümumdünya səhiyyə təşkilatının mütəxəsisləri son zamanlar Çində aşkarlanan, quş qripinin yeni növü olan H7N9 virusunun insanlar üçün böyük təhlükə təşkil etdiyini bildiriblər.

Onların sözlərinə görə, bu qripə yoluxan insanların sağ qalma şansı azdır. Mütəxəssislər qeyd edir ki, son zamanlar yoluxma hallarının artdığını nəzərə alaraq bütün dünyanı böyük bir pandemiyanın gözlədiyini deməyə əsas var.

Təşkilatın məlumatlarına görə, Çində 125 insan bu qripə yoluxub ki, onlardan 24-ü artıq dünyasını dəyişib.

Qripin quşlardan insana keçmə faktı aşkarlanıb. Lakin mütəxəssislərin söylədiklərinə görə H7N9 qripinin genotipi iki mutasiyaya malikdir ki, bu da xəstəliyin insandan insana keçmə ehtimalını artırır.

Əgər virus bu dəyişikliyə uğrayarsa, o zaman yeni pandemiya meydana gələcək.

Səbinə Həsənova
AzVison.az





Teqlər:  





Xəbər lenti