Boston terrorçularının “Qafqaz sirrləri”

Boston terrorçularının “Qafqaz sirrləri”
  01 May 2013    Oxunub:1413
ABŞ-da Boston terror aktının araşdırılması tam sürətlə aparılır. Tamerlan Çarnaev Dağıstanda gizli üsyançı qrupa qoşulmağa çalışıbmı? FTB agentləri Tamerlan Çarnaevin Dağıstanda olduğu altı ay ərzində onun hərəkətləri və əlaqələrini öyrənməyə çalışaraq, Rusiya təhlükəsizlik xidməti nümayəndələrilə sıx əməkdaşlıq edirlər.
The New York Times bildirib ki, onun döyüşçülərlə mümkün görüşləri, radikal məscidə baş çəkməsi, təlimat alması və hazırlıq keçməsi diqqət mərkəzindədir.
Rusiyanın “Novaya qazeta” qəzetinin məqalə müəllifləri Skott Şeyn və Devid Herşenhorn yazır ki, Çarnaev Dağıstanda gizli islam qrupuna qoşulmağa çalışıb və Mahaçqalada olarkən 2012-ci ilin yazın sonunda Rusiya təhlükəsizlik qüvvələrini öldürən bəzi döyüşçülərlə əlaqəyə girib.

2011-ci ildə Rusiya rəsmiləri Çarnayevin ekstremist baxışları barədə FTB və MKİ-nə xəbərdarlıq göndəriblər: onların fikrinə görə, o gizli qruplaşmaya qoşulmaq üçün Dağıstana gedib. Qəzet yarır ki, bu xəbərdarlıq dinlənilmiş telefon söhbətləri ilə əsaslandırılıb, həmçinin o anası ilə apardığı bir danışıqda “cihad” sözünü işlədib.

“Çarnayevin internetdə yerləşdirilmiş videoçarxları göstərir ki, o, Dağıstanda islam döyüşçülərinin liderlərini yaxşı tanıyıb. “Novaya qazeta”ya istinadən qeyd edilib ki, Çarnaev yaxın zamanlarda öldürülmüş Mahmud Mənsur Nidalem ilə əlaqə yaradıb. Ehtimal olunur ki, o, həmçinin gizli islam qrupuna qoşulmaq üçün İslamı qəbul edib Dağıstana köçən Kanadada yaşayan Rusiya mühaciri Uilyam Plotnikovla əlaqə qurub.

ABŞ-ın Nümayəndələr Palatasının daxili təhlükəsizlik komitəsinin sədri bildirib ki, qazandan hazırlanmış bombanın “çətinliyin səviyyəsi”, “təlimatçının mövcudluğu haqqında fikrə yönəldir”. CorcVaşinqtonun universitetinin alim Jan-Fransua Ratey güman edir ki, Dağıstanda döyüşçülərin çoxu “ABŞ-ı İslamın düşməni hesab edir”, amma “onlar çətin ki ABŞ-da terror aktına hazırlıq keçməyə başlasın”.

La Stampa yazır ki, Tamerlan Çarnaev Dağıstanda onlarla hücum və terror aktında məsuliyyətli bilinən Robin Qud ləqəbli məşhur terrorçu Hacımurad Dolqatovun olduğu videonu YouTube-da öz səhifəsində yerləşdirib.

“2012-ci ildə Tamerlan bu qeyri-stabil Qafqaz regionunda altı ay qalıb, – qəzetdə qeyd edilib. ABŞ-dan qayıtdıqdan sonra o YouTube-da öz səhifəsində keçən il Amerikanın terror təşkilatlarının siyahısına daxil edilən, Rusiyada ən təhlükəli silahlı islam qruplaşması - yerli “Qafqaz əmirliyi” hüceyrəsinə başçılıq etmiş Hacımurad Dolqatovla bağlı “Terrorizm” adlı altında müxtəlif video yerləşdirib.

“Çarnaevin Dolqatovun videosunu yayması qəribədir - Rusiya Daxili İşlər Nazirliyinin mənbəsi bildirib. - O onun mövcudluğu ona necə məlum olub? Qafqazda Dolqatovdan daha məşhur döyüşçülər var. Ola bilsin ki, Dolqatovu kim isə Çarnaevə təqdim edib?”

“Federal Təhqiqat Bürosu və Federal Təhlükəsizlik Xidməti Tamerlanın yerli döyüşçülərlə sıx əlaqələrinin olub-olmamasını və onun Qafqazda partlayıcı qurğuların hazırlanması üzrə hazırlıq keçib-keçmədiyini aydınlaşdırmağa çalışır” - məqalədə yazılıb.

Boston partlayışında şübhəli bilinən məsciddəki imam Time-a müsahibə verib. “Bizim insanlardan heç kəs onunla tanış olmayıb”, - qoca-imam Həsən-Hacı Həsənəliyev bildirib, o qaşqabağını tökdü jurnalist Saymon Şuster diqqət edib.

Tamerlanın atası Anzor Çarnaev söyləyib ki, onun oğlu Həsənəliyevin moizə oxuduğu Kotrov küçəsindəki məscidə gedirdi. “Amma onun orada dostları yox idi. Burada qısa müddətdə dost qazanmaq çətindir” - Anzor əlavə edib.
“Amerika tezliklə dağılacaq” – Həsənəliyev jurnalistə bildirib, amma dərhal səs tonunu yumşaldaraq hamını bir-birinə hörmət etməyə və sevməyə, zorakılıqsız keçinməyə çağırıb.
Həsənəliyev Boston terror aktı ilə bağlı çaşdırılıb. O deyib ki, Amerika indi “bütün Ərəb dünyasını alt-üst edir, yüzlərlə, minlərlə, milyonlarla insan öldürür və bu, heç kəsə maraqlı deyil”.

İmam bildirib ki, onun məscidi (Şusterə görə, “Dağıstanda sələfi-islamın mühafizəkar qalası”) Tamerlanın və Boston partlayışının radikallaşmasına cəlb olunmayıb.
Dağıstanın Maliyyə Bank Şurasına (MBŞ) yaxın mənbələr jurnalistlərə bildirib: Rusiyada anti-terror strukturları sələfilərlə bağlı olan insanlarla maraqlanır. Məscidin girişində insanlat tez-tez atışmalarda həlak olub və burada Rusiyada qadağan edilən ədəbiyyat satılır.

İspaniyanın El Mundo-su Çarnaev qardaşlarının tutulması anına qayıdır. Çinliyə qəhrəmancasına kömək edən terrorçuları həbs etmək, nəşrdə qeyd edilib.
ABŞ-da mühəndislik üzrə oxumuş və Denni adı ilə tanınan çinli SMS-ə cavab vermək üçün “mersedes”ini Kembricdə yol kənarında park edib. “Onun həmyaşıdı ona yaxınlaşdıqda, Denni avtomobilin pəncərəsini endirib: onun həyatının dəhşətli anları belə başlayıb” - jurnalist Mariya Ramires yazır.

Sonra Tamerlan Çarnaev avtomobilə yaxınlaşıb və Denniyə tapança göstərib. “Partlayışı eşitdin? Onu mən törətdim” - Tamerlan deyib və Denniyə Votertauna sürməyə əmr edib. Burada onlar Coxar Çarnaevanı götürüblər və yük yerinə partlayıcı maddəni yükləyiblər, qəzet iddia edir.

Denni Çarnaevlərə bir yarım saat xidmət edib və sonra qaçıb. Onun telefonu və avtomobilinin GPS-naviqatoru polisə Çarnaevləri tapmağa kömək edib.
Qəzet bir neçə detalları aşkar edib: Tamerlan kiçik qardaşına nisbətən daha aqressiv davranıb. Dennidən onun simasını xatırlayıb-xatırlamadığını soruşub. İnkar cavabı aldıqda bildirib: “Sən də bütün qaradərili insanların bir-birlərinə oxşadığını hesab edirsən. Yəqin sən düşünürsən ki, bütün ağdərili insanlar oxşardır”. Denni razılığını bildirib. O həmçinin inandırıb: “Çinlilər - müsəlmanların dostlarıdır”.

Çarnaev bankomatda dayandıqda qaçmaq üçün imkan yaranıb. “Sol əlimlə qayışı açdım, sağ əlim ilə qapını açaraq avtomobildən sıçradım və qaçdım” - Denni Boston WCVB telekanalına danışıb. O, AES-in arxasında gizlənib və polis çağırıb. Denni özünü qəhrəman hesab etmir - o yalnız öz həyatını xilas edib.

Boston terrorçularının anası Zubeydat Çarnaeva, onun adının 2011-ci ildə terrorçuların siyahısına düşdüyü məlum olduqdan sonra diqqət mərkəzində olub. Rusların ABŞ-a verdiyi yeni materiallar göstərib ki, o, iki il əvvəl böyük oğlu ilə “cihadı” müzakirə edib, The Christian Science Monitor yazır.

Çarnaeva Rusiyaya bir neçə il qabaq gəlib. Oğlanlarını müdafiə edən ana, hətta təsdiq edib ki, müsəlman olduqları üçün böhtana məruz qalıblar. Hazırda təhqiqatçılar bu radikallaşmada onun rolunu aydınlaşdırmağa çalışırlar.
Zubeydat və onun keçmiş əri keçən həftə Mahaçqalada Federal Təhlükəsizlik Xidmətinin qərargahında FTB müstəntiqləri qrupu ilə görüşüb. “Əgər o, ABŞ-a qayıtmamağa qərar verəcəksə, hakimiyyət onu məcbur etmək üçün heç nə edə bilməyəcək” - məqalə müəllifi Fred Ueyr qeyd edib.

Onu müzakirə etmək üçün Moskvanın dəfələrlə xahişinə baxmayaraq, ABŞ və Rusiya arasında ekstradisiya haqqında ikitərəfli müqavilə yoxdur. Bundan başqa, Rusiya konstitusiyası Rusiya vətəndaşlarının ekstradisiyasını qadağan edir - Çarnaeva Rusiya vətəndaşlığından imtina etməyib. Ruslar bu normaya tez-tez istinad edirlər, Ueyr xatırladıb.

Onlar “qızlar kimi mülayim, sevgi dolu və zərif idilər” - Zubeydatın bu sözləri Foreign Policy başlığına çıxarılıb. Boston partlayışında şübhələndirilən şəxslərin anası müsahibədə bildirib ki, Amerikaya nifrət edir və oğlanlarının günahsız olduğuna əmindir, müxbir Anna Nemtsova bildirib.

Son həftə ərzində Zubeydat Çarnaeva bütün dünyada məşhurlaşıb, ancaq “Dağıstanda terrorizmdə şübhələndirilənlərin anası olmaq yeganə hadisə deyil”, jurnalist yazır. “Qafqaz düyünü” portalının məlumatına görə, 2010-cu ilin yanvarından 2013-cü ilin martınadək Dağıstanda zorakı hərəkətlər nəticəsində 1089 insan həlak olub. Regionda müxtəlif ideologiyalı onlarla üsyançı qrup mövcuddur.

Zubeydat Çarnaeva dörd il əvvəl Amerikada radikal müsəlman hesab olunub. Buraya qədər onun həyatı tamamilə başqa cür olub. O, gözəl geyimi sevib, kosmetoloq işləyib və ingilis dili kurslarına gedib. Keçən il onu mağaza oğurluğunda ittiham ediblər. O, Dağıstana qayıdıb, hətta orada da xarici görünüşünə diqqət etməyə davam edib.

“Əgər Zubeydatı dinləsələr, onun bütün həyatı bu intiqamçı hökumətlər tərəfindən təqib olunub” - Nemtsov şərh edir. Rusiya dövləti Çeçenistan Respublikasında ailənin evini bombardman edib, Qırğızıstan qızlarına pasport verməyib. Ona görə də, onlar indi Dağıstana gedə bilmirlər, amma Amerika onun oğlanlarını “qoydu” və onun özünü terrorizmə təhrik etməkdə ittiham edir.

Hətta indi, onun oğlanlarından birinin həlak olduğu, ikincinin ağır yaralandığı və ölüm cəzasına məhkum edildiyi bir zamanda Zubeydat radikal İslamın mənfi təsirini tanımaqdan imtina edir. O Mişa adlı ermənistanlı qırmızısaqqal kişinin onların evinə gəldiyini və “təmiz İslam” haqqında bilikləri bölüşdüyü barədə mehribanlıqla cavab verib. Eyni zamanda,ailənin başqa üzvləri bu insanı Tamerlanın “beynini zəhərləməkdə” ittiham ediblər.
“Dünən mən ölmək istəyirdim, amma mən digər sağ qalan uşaqlarıma görə yaşamalıyam” - terrorçuların anası bildirib.

Rusiya hakimiyyətinin qiymətləndirilməsinə görə, Qafqazda radikal musəlmanlar bütün dünya üzrə hərəkət edirlər: Suriya, Liviya, Boston. İndi Çeçenistan Respublikası sakinləri Coxar və Tamerlan Çarnaevlər tərəfindən həyata keçirilmiş ABŞ marafonundakı terror aktından sonra - Rusiya və alman əks-kəşfiyyatçıları tərəfinin fikiri dinlənilib, - Focus bildirib. Almaniya konstitusiya müdafiəsinin Federal xidmətinin başçısı Hans Qeorq Maassen Die Welt qəzetinə verdiyi bəyanatda vurğulayıb ki, “islam terrorizminin təhlükəsi eləcə də çeçenlər tərəfindən yaradılır”.

Rusiya hakimiyyətinin qiymətləndirilməsinə görə, Qafqazda radikal musəlmanlar bütün dünya üzrə hərəkət edirlər: Suriya, Liviya, Boston. İndi Çeçenistan Respublikası sakinləri Coxar və Tamerlan Çarnaevlər tərəfindən həyata keçirilmiş ABŞ marafonundakı terror aktından sonra - Rusiya və alman əks-kəşfiyyatçıları tərəfinin fikiri dinlənilib, - Focus bildirib. Almaniya konstitusiya müdafiəsinin Federal xidmətinin başçısı Hans Qeorq Maassen Die Welt qəzetinə verdiyi bəyanatda vurğulayıb ki, “islam terrorizminin təhlükəsi eləcə də çeçenlər tərəfindən yaradılır”.

Alman xüsusi xidmət orqanları “Almaniyada “Qafqaz əmirliyi” təşkilatının 200 tərəfdarları müşahidə altında saxlanılır, Maassen deyib. Bu Doku Umarovun başçılığı ilə hərbiləşdirilmiş qruplaşmadır. Rusiya və ABŞ qrupun Əl-Qaidə ilə əlaqəsinin olduğunu bildiriblər. “Onların fəaliyyətinin araşdırılması bizim üçün yüksək prioritetə malikdir, - əks-kəşfiyyatçı söyləyib. Hər şeydən əvvəl biz onları maliyyələşdirə mənbəni tapmağa çalışırıq”.

Maassen əlavə edib ki, Almaniyada indi “terror təhlükəsinin səviyyəsi yüksəlib”, onun sözlərinə görə, xüsusi xidmət orqanlarında hazırlanan hər hansı terror aktları haqqında konkret informasiya yoxdur.

Tərcümə: AzVision.az


Teqlər:





Xəbər lenti