Suriyada 1 gündə 110 insan öldürülüb

Suriyada 1 gündə 110 insan öldürülüb
  01 May 2013    Oxunub:1223
Suriyada təkcə dünən gedən döyüşlərdə 110 nəfər həlak olub. “Əl-Cəzirə” kanalının yaydığı məlumata görə, yaralıları qəbul etmək üçün səyyar xəstəxanalar qurulsa da, tibbi avadanlıq çatışmazlığı səbəbindən ölüm hallarının sayı artıb.
Ən gərgin döyüşlər paytaxt Dəməşqin ətrafındakı ərazilərdə, Daraa və Deyr Azur şəhərlərində qeydə alınıb.

Dəməşqdə ölkənin baş naziri Vail Əl-Halqinin avtomobilinə kamikadze hücumu olub. Baş nazir özü sağ qalsa da, 3-ü mühafizəçi olmaqla 6 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.


Teqlər:





Xəbər lenti