Dünyanın ən çox axtarılan 5 cinayətkarı – FOTO, VİDEO

Dünyanın ən çox axtarılan 5 cinayətkarı – FOTO, VİDEO
  30 Aprel 2013    Oxunub:2109
Bu cinayətkarlar indiyə qədər bir çox insanların ölmünə səbəb olublar. Dünyanın müxtəlif ölkələri bu cinayətkarların həbs olunması üçün milyonlar xərcləməyə hazırdır.
Ayman Əl-Zəvahiri

Radikal islamçı din xadimi, həkim Zəvahiri uzun müddət “Əl-Qaidə” terror qruplaşmasının 2 nömrəli fiquru olub. Üsamə bin Ladenin öldürülməsindən sonra isə o, “Əl-Qaidə”nin 1 nömrəli adamına çevrilib.



Zəvahiri gənc yaşlarında vətəni Misirdə “İslam Cihadı ” qrupunun lideri olub. Onu Misir prezidenti Ənvər Səidin ölümündə günahlandırırlar. Zəvahiri Misirdə “qanunsuz silah saxlamaq” maddəsilə təqsirli bilinərək 3 il həbs həyatı yaşadıqdan sonra azadlığa çıxıb və “Əl Qaidə” qruplaşmasına qoşulub.

ABŞ xüsusi xidmət orqanları onun başına 25 milyon dollar qoydublar. Misirdə isə Zəvahiriyə qiyabi olaraq ölüm hökmü oxunub.

Məhəmməd Ömər (Molla Ömər)






Milliyətcə Puştun olan Molla Ömər radikal İslam hərəkatı olan “Taliban”ın qurucusudur. 1996-cı ildə taliblər Əfqanıstanda hakimiyyəti ələ keçirən zaman Molla Ömər Əfqanıstan İslam Əmirliyinin əmiri elan olundu.

İqtidarda olduğu vaxt ərzində Ben Ladenlə əlaqələr quraraq onun Əfqanıstanda gizlənməsinə şərait yaratdı və terror aktlarının təşkilində ona dəstək oldu. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra isə hakimiyyətini itirən Molla Ömər Pakistana qaçmaq məcburiyyəyində qaldı.

ABŞ xüsusi xidət orqanları onun başına 10 milyon dollar qoyublar.


Xoakin Qusman Loera








Meksikali milyarder, narkotik alverçisi Xoakin Qusman Kolumbiya kokaininin Amerikaya satışına rəhbərlik edir. Bundan əlavə, Xoakin Meksika narkotik bazarına da nəzarət edir.

Xoaknin Qusman dünyada ən məhşur narkotik alverçisi hesab olunur. O, 2011-ci ildə “Forbes” jurnalınının keçirdiyi sorğunun nəticələrinə görə, dünyanın ən varlı adamlarından biri hesab olundu. Həmçinin o, jurnalın sorğusuna əsasən ən çox axtarışda olan cinayətkarlar siyahısına da başçılıq edirdi .

Xoakin Qusman Loeranın başı üçün ABŞ xüsusi xidmət orqanları 5 milyon dollar qoyublar.


Doku Umarov






Çeçen mücahidlərinin lideri, qondarma “Çeçen Əmirliyi”nin əmiri Doku Umarov Rusiyada törətdiyi bir çox terror aktlarına görə axtarışdadır. O, 2009-cu ildə Moskva metrosunda partlayışa, 2010-cu ildə isə “Domodedova” hava limanındakı partlayışa görə məsuliyəti öz üzərinə götürüb.

2010-cu ildən ABŞ höküməti onu beynəlxalq terrorçuların siyahısına əlavə edib. Birləşmiş Millətlər Təşkilatı isə öz növbəsində Umarovu 2011-ci ildən “Əl Kaidə” ilə əlaqəsi olan terrorçular siyahısına salıb.

ABŞ xüsusi xidmətləri Umarovun başı üçün 5 milyon dollar ödəməyə hazır olduğunu bəyan ediblər.


Davud İbrahim Kəskər

















Onun əsl adı Şeyx Davud İbrahim Kaskardır. 1955-ci ilə anadan olub. O, Hindistanın ən güclü cinayətkar qruplaşmasının rəhbəridir. D.İbrahimin mütəşəkkil qruplaşması "D-Company" adı ilə tanınır, hazırda o, İnterpolun mütəşəkkil cinayətkarlığa və terrorçuluğa görə axtarışa verdiyi ən təhlükəli şəxslərdən biridir. D.İbrahim Bombey şəhərində 1993-cü ildə törədilən partlayışların, habelə 2003-cü ildə Hindistan parlamentinə edilən terror hücumunun və digər terror aksiyalarının təşkilində günahkar bilinir. ABŞ Konqresi D.İbrahimi "əl-Qaidə" ilə bağlı olan ən təhlükəli terrorçular sırasına daxil edib. Birləşmiş Ştatlar 2003-cü ildə onu "qlobal terrorçu" elan edərək BMT Təhlükəsizlik Şurasında xüsusi qətnamənin çıxarılmasına nail olub. Buş administrasiyası isə D.İbrahimə və bəzi tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib. Bildirilir ki, D.İbrahim dünyanın ən varlı terrorçusudur, onun kapitalının həcmi 6-7 milyard dollar, bəzi məlumatlara görə isə hətta 20 milyard dollardır. D.İbrahim bütün dünya üzrə qeyri-leqal pul ötürmələrinin həyata keçirildiyi, "həvalə" kimi tanınan sistemin böyük hissəsinə nəzarət edir. Bu sistem terrorçuların bir-birlərinə pul ötürməsi üçün geniş istifadə olunur. Bildirilir ki, D.İbrahimin "əl-Qaidə" lideri Üsamə bin Ladenlə də əlaqələri olub. Onun haqqında "Bolliwuud"-da çoxlu sayda film çəkib, əksər hind filmlərində mafiya lideri və qanqster obrazı D.İbrahimin personası üzərində qurulub. Bir sözlə, D.İbrahim kifayət qədər təhlükəli şəxsdir və dünyanın ən güclü mafiya liderlərindən biridir.

Xəyal Əzizov


Teqlər:  





Xəbər lenti