“Şaban efirlərdən yığışdırılsın”

“Şaban efirlərdən yığışdırılsın”
  30 Aprel 2013    Oxunub:1354
“İnək Şaban” xarakteri üzündən Şabanın axmaq, səviyyəsiz və kobud insan sifətləri daşıyan bir obraz canlandırması türkləri narahat edir..
Türkiyə mətbuatında yer alan xəbərlərə görə, hətta bununla bağlı bir nəfər prokurorluğa ərizə ilə müraciət də edib.
Antalya Şəhər prokurorluğuna ərizəsini təqdim edən şəxs illərdir “Şaban” adına qarşı şüurlu bir etibarsızlığın formalaşdığını, o adı daşıyanlarla alçaq insai rəftarı olunduğunu və gözdən düşdüyünü iddia edir.
Şəxsin sözlərinə görə, ölkədə formalaşan “Şaban” tipinə görə artıq insanlar uşaqlarına Şaban adını qoymaqdan çəkinir, və həmin adı qoyanlar da gedib öz uşaqlarının adlarını dəyişirlər.
Həmin şəxs ərizəsində vurğulayıb ki, əgər efirlərdən Şabanı “İnək Şaban” kimi təqdim edən filmlər yığışdırılmasa, Şaban ismi tamamilə məhv olub gedəcək.
Ərizəsində iddialı çıxış edən türk vətəndaşı, bu məsələnən bağlı vəkillərin ona dəstək olacağını bildirib.

Qeyd edək ki, türklər əsrlər boyu dünyaya gələn övladlarına müqəddəs Ramazan bayramına görə, Şaban, Rəcəb və Ramazan adını veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti